"Kaymu.az" ticarət platforması olaraq özü heç bir məhsul alış və satışını həyata keçirtmir, alıcı və satıcılar üçün onlayn bazar funksiyasını yerinə yetirir.
Hər iki tərəfin qısa zamanda, təhlükəsiz müddətdə, heç bir əlavə xərc ödəmədən uğurlu əməliyyatlar etməsini təmin edir. Agent kimi hərəkət edərək alıcı və satıcıların işini asanlaşdırır.
1. Şirkət müştəriyə tez soruşulan suallar xidməti, müştəri xidmətləri ilə bağlı bir telefon nömrəsi, şikayət və suallarını bildirə biləcəkləri bir e-mail ünvanı təqdim etməlidir
2. Hər səhifədə müştəri xidmətləri ilə bağlı bir link olmalıdır
3. Şirkət Elektron Ticarət Məlumat Mərkəzi və Müştəri Xidmətləri Mərkəzini qurmalıdır. Bu xidmətlərin iş saatları müştəriyə bildirilməlidir
4. E-Ticarət Məlumat Mərkəzi və Müştəri Xidmətlərinin xidməti işçiləri öz öhdəliklərinin fərqində olmalıdırlar (müştəri informasiya təhlükəsizliyi və s.)
5. Şirkət qanuni adı, şirkət ünvanı, əlaqə telefonları və digər məlumatlar kimi şirkət məlumatlarını müştəriyə verməlidir (Satıcı ilə əlaqədar məlumatlar müştəri etibarını artırır)
6. Müştəriyə etdiyi alış-satışın hansı hüquqi normalara tabe olduğu izah edilməlidir. Yarana biləcək mübahisələr nəticəsində hansı hüquqi yollara müraciət ediləcəyi bildirilməlidir
7. Şirkət müştərinin sual və şikayətlərini araşdırıb, əlaqə saxlamalıdır
8. Şirkət sual və şikayətlərinin üzərində işlədiklərinə aid müştəriyə məlumat verməlidir
9. Şirkət problemi həll edə bilmədiyi təqdirdə müştəriyə istehsalçı şirkət ilə əlaqə yaratma imkanını təmin etməlidir (bu firmanı daha etibarlı göstərir)
10.Şirkət, şirkət daxili siyasətində olan dəyişiklikdən müştərini xəbərdar etməlidir
11. Müştəri şirkətin satılan mal və ya təqdim edilən xidmətləri ilə əlaqədar bütün məhdudlaşdırmalarını, fərdi məlumatlarını girmədən ya da məhsul, xidmət seçimi etmədən əvvəl görməlidir
12. Şirkət mümkün olduğu qədər mövcud məhsul miqdarını, çatdırılma müddəti, ya da ola biləcək təxmini gecikmələri müştəriyə bildirməlidir
13. Şirkət toplu satış və ya endirim etdiyi məhsulları göstərməlidir. Açıq və doğru reklamlar verməlidir
14. Müştərinin ödəyəcəyi ümumi qiymət, maksimum erkən (istənilən bütün məhsul məlumatları, miqdarı, dəyəri, təxmini daşıma və digər mümkün xərclər) göstərilməlidir. Naməlumlar ən azda tutulmalıdır. Satış sonrasında gizli, əlavə ödənişlər tələb edilməməlidir
15. Əgər məhsul qiymətlərində, sifariş və nəqliyyat arasında bir dəyişmə olsa şirkət, müştəriyə geriyə zəng edib məlumat verməlidir
16. Saytın axtarış qabiliyyəti olmalıdır (söz, məhsulun adı, təsviri, qiymət, poçt kodu, il)
17. Şirkət saytın ana səhifəsinə ya da hər səhifəyə axtarış bölməsi qoymalıdır
18. Şirkət ödəmə və maliyyə məlumatlarını, alıcı, şəxsiyyət və ödəmə məlumatlarının, bütün əməliyyatlarla əlaqədar müştəri tərəfindən təmin edilən bütün məlumatların, müştəri və şirkət arasındakı bütün detalların təhlükəsizliyindən məsuliyyət daşıyır
19. Şirkət fərdi təhlükəsizlik proqramlarını müştəriyə izah etməlidir
20. Şirkət məhsul çatdırılma tarixini müştəriyə əvvəlcədən bildirməlidir
21. Şirkət sifariş və ya varsa başqa çatdırılma məlumatlarını, ümumi ödəmə məbləğini, çatdırılma hara ediləcəyini, gözlənilən çatdırılma tarixini və çatdırılma nə ilə, hansı firma ilə ediləcəyini müştəriyə bildirməlidir
22. Şirkət mal ilə birlikdə, müştərinin problem ya da sualları üçün nə etmək lazım olduğunu, pulun kartından nə zaman çəkiləcəyini, mal izləmək üçün tək bir sifariş nömrəsi istifadə edilməsi, ləğv, qaytarma və geri ödəmə siyasətlərini müştəriyə bildirməlidir
23. Şirkət sifariş edilən məhsulu e-mail, faks və ya veb səhifə mesajı ilə müştəriyə bildirməlidir
24. Şirkət müştəriyə malın hansı yolla çatdırılması üçün seçmə haqqı verməlidir (təcili çatması lazım olan və ya hədiyyəlik bir məhsul sifariş edilmiş ola bilər)
25. Malın geri qaytarılması şərtləri, sifarişdən nə qədər müddət sonra geri qaytarıla bilinəcəyi, daşıma xərclərini və digər xərcləri kimin qarşılayacağı əvvəldən müştəriyə bildirilməlidir
26. Şirkət qaytarma şərtlərində son qaytarılma tarixini də göstərməlidir
27. Çatdırılma tarixi gecikmiş olan sifarişlər üçün şirkət müştəriylə başqa bir çatdırılma tarixində razılaşa bilməzsə sifariş ləğv edilə bilər
28. Şirkət 12 yaşdan az uşaqların birbaşa valideynlərinin məlumat və razılığı olmadan onların uşaqlığından və təcrübəsizliklərindən istifadə edərək şəxslərin haqqında xüsusi məlumatlar toplamamalıdır
29. Şirkət uşaqlardan valideynlərinin razılığı olmadan qətiliklə sifariş almamalıdır.