Uşaqlarınızın planşetlə çox vaxt keçirdiyindən şikayətlənirsinizsə, bir az səbr edin. Yaxın illərdə özünüz o planşetin uşağınızın əlindən düşməməsini istəyəcəksiniz. Çünki “ABŞ”ın texnologiya nəhəngi Intel şagird və tələbələr üçün dərs vəsaitini, müəllimlərin dərs metodikasını planşet-noutbuklara yerləşdirib.
Hələlik Lenovo, Acer və Asus markalarına məxsus, Intel® bazasında olan 2-si 1-ində cihazları bir düyməni basmaqla şagirdlərin tapşırıq hazırladıqları noutbukdan ekskursiyalar və sinifdənxaric tədbirlər zamanı istifadə edə biləcəkləri planşetə çevrilir. Intel bu cihazlarla iş metodikasını Bakutel 2014 Beynəlxalq Sərgisində təqdim edib.
Şirkətin xüsusi təchiz olunmuş stend-meydançasında “1 şagird: 1 kompüter” tədris mühiti nümayiş olunub. Burada şagirdin əsas dərs vəsaiti kompüter, tədris metodu isə şəbəkə texnologiya və servisləri, məlumat axtarışı sistemi və rəqəmsal obyektlərin yaradılmasıdır. Intel® "Gələcək üçün tədris" proqramının pedaqoqları burada Bakı şəhərinin müxtəlif məktəblərindən olan şagirdlərə açıq dərs keçiblər. Dərsdə 2-si 1-ində universal cihazlardan, Intel® CoreТМ prosessoru bazasında olan interaktiv lövhədən və Intel® Education proqram təminatından istifadə edilib.
Dərsdə istifadə edilən Intel® Education 2-si 1-ində cihazının baza dizaynı planşetlərin mobilliyini və noutbukların performans və erqonomikliyini özündə cəmləyib. Cihaz Intel® Atom™ dördnüvəli prosessoru bazasında məhz məktəblilər üçün yaradılıb və Windows 8.1 əməliyyat sistemi ilə çalışır. 7,8 saat əlavə enerji qaynağı olmadan planşet rejimində və əlavə olaraq, 3 saatdan çox da dok-stansiyaya birləşmiş halda işləyərək, gün boyu şagirdlərin istifadəsində olacaq. Cihazın korpusu 70 sm hündürlükdən düşməyə davam gətirə bilir, maye və tozdan müdafiəsi isə şagirdlərə onu planşet və ya noutbuk kimi həm məktəbdə, həm də məktəbdən kənarda işlətməyə imkan verir.
McAfee Antivirus Plus proqramı isə cihazın İnternetdə təhlükəsizliyini qoruyur. Promethean ActivBoard 587 bir neçə şagirdin eyni zamanda işləyə bildiyi interaktiv lövhədir. 21-ci əsrin şagirdi daha fərqli xüsusiyyətlərə malik olmalıdır. Intel® Education proqram təminatının qarşıya qoyduğu məqsəd də elə budur.