"Kaymu.az" ticarət platforması olaraq özü heç bir məhsul alış və satışını həyata keçirtmir, alıcı və satıcılar üçün onlayn bazar funksiyasını yerinə yetirək hər ər iki tərəfin qısa zamanda, təhlükəsiz mühitdə, heç bir əlavə xərc ödəmədən uğurlu əməliyyatlar etməsini təmin edir və gent kimi hərəkət edərək alıcıların və satıcıların işini asanlaşdırır. İnternetin yaranması, marketinq miksi elementlərində dəyişmələr yaradacaq fürsətlər ortaya çıxarmışdır. Aşağıda marketinq miksi elementləri internet marketinqi baxımından açıqlayacağıq.

Məhsul

İlk öncə internet istehlakçıya fiziki olaraq çatdırılan məhsulları rəqəmsal xidmətlərə çevirə bilmişdir. Kitablar, məqalələr, musiqi parçaları, filmlər internet üzərindən yüklənərək fiziki məhsul şəklindəki həmkarlarına rəqib halına gəlməyə başlamışdır. Müştəri xidməti və ticarət nişanı dəyərləri inkişaf etdirilmişdir. İnternet müxtəlif məhsullarda fərdiləşdirməyə imkan verir.



Məsələn çox sayda variant arasından istehlakçının seçdiyi kompüter parçalarını yığıb onun istəklərinə görə xüsusi bir məhsul halına gətirib təqdim edə bilən şirkətlər ya da əsas səhifəni istehlakçının sevdiyi mövzulara görə formalaşdırmağa imkan verən qəzetlər kimi. İstehlakçı məhsulun təkmilləşdirilməsi, inkişaf etdirilməsi mərhələsində müəssisə ilə ünsiyyət qura bilir. Müəssisələr bir tərəfdən öz məhsullarını və xidmətlərini inkişaf etdirməyi təmin edərkən digər tərəfdən də rəng, həcm, naxış, funksiya və digər mövzularda istehlakçıların fərdi tələblərinin də reallaşmasını təmin edir.

Qiymət

İnternetin yeni bir pərakəndə satış kanalı olması məhsulların qiymətlərinin düşməsinə gətirib çıxarmışdır, çünki ənənəvi mağazalara nisbətən paylama xərci düşmüşdür. İnternetdə müştərilər mağazaları gəzib qiymət araşdırmaq yerinə məhsullar ilə əlaqədar bütün məlumatları müqayisəli olaraq tək səhifədə görməyi seçməkdə maraqlıdırlar. İnternet üzərindən qiymətləndirmə edərkən digər kanallardan fərqli şərtlər ortaya çıxır. Məsələn musiqi sahəsində albomu tək hissə olaraq almaq yerinə məhsulu bölərək mahnıları tək-tək almaq və mahnı başına qiymətlər etmək mümkündür.



Digər tərəfdən, müştərilərin əksəriyyəti internetdə yerləşdirilən bir çox məlumat məhsulunu ya da məzmununu pulsuz əldə etmək istəyirlər. Bu vəziyyət qarşısında şirkətlər bəzi məhsul və xidmətlərini pulsuz təqdim etmək yolunu seçirlər. Pulsuz məzmun təqdim etmək həm bazarda tanınmağı artıra həm də bəzi əlavə məhsulların satışını təmin edə bilər. Məsələn, bir veb saytı sahib olduğu məzmunun bir qismini pulsuz olaraq müştərilərə təqdim edərək səhifəsinə oxucu çəkə və daha qiymətli məzmunu (məsələn məqalələri) istifadəçilərinə ödənişli olaraq təmin edə bilər.



Bəzi proqramları pulsuz təqdim etmək firmanın məhsullarının bazarda bir standart halına gəlməsini təmin edə bilər. Məsələn, Acrobat Reader-in və ya WinZip'in pulsuz versiyaları bütün dünyada milyonlarla insan tərəfindən istifadə edilməkdədir. Digər tərəfdən, bəzi məhsul və xidmətləri pulsuz təqdim etmək bazardakı rəqiblərin də yox edilməsinə kömək edə bilər. Məsələn, Internet Explorer-in pulsuz təqdim edilməsi, istifadəçilərə ödənişli olaraq təqdim edilən web browser Netscape-in bazardan silinməsinə səbəb olmuşdur. Ancaq, bu strategiyanın mənfi cəhətlərinin də olduğu unudulmamalıdır.

Yer (paylama kanalları)

İnternet həm alıcılar, həm də satıcılar üçün ənənəvi yer anlayışını tamamilə dəyişdirmişdir. Elektron ticarətlə birlikdə ortaya çıxan ən böyük inanclardan biri yeni iqtisadiyyatda rəqəmsal rabitə şəbəkələri sayəsində istehsalçılar və istehlakçılar arasındakı vasitəçi təşkilatlara ehtiyac qalmayacağı düşüncəsi idi. Cəmiyyət və xüsusi sektordakı təşkilatların istehlakçılarla şəbəkələr vasitəsi ilə birbaşa ünsiyyət quracağı və beləliklə də vasitəçilərin böyük ölçüdə ortadan çıxacağı nəzərdə tutulmuşdu.



Amma vasitəçilərin bir yerə gəlmədiyi hətta İnternetin özünə xas bəzi yeni növ virtual vasitəçilər yaratdığı görünür. İndiki vaxtda fiziki mağazası olmayan, yalnız virtual mühitdə fəaliyyət göstərən pərakəndə sayı gedərək artır. Digər tərəfdən İnternet sayəsində ortaya çıxan digər virtual vasitəsi növü də bazar yaradıcılarıdır. Bazar yaradıcıları, alıcı və satıcıların qarşılaşmaları, satıcıların məhsullarını nümayiş etdirmək, alıcıların məhsullarının axtarışı və məhsullar üçün qiymət təyin olunması üçün rəqəmsal bir bazar yeri təşkil edən virtual vasitəçilərdir.



Təqdimat



Bir marketinq mühiti olaraq internet digər kütləvi media seçimlərindən çox fərqli xüsusiyyətlər daşıyır:



1. İnternet qarşılıqlı imkan təmin edən rəqəmsal bir mediadır.
İnternet istehlakçıya imkan yaradır ki, əgər bir məlumat almaq istəsə və ya bir məhsul sifariş etsə istehsalçı ilə daha asan əlaqə saxlaya bilsin və eyni zamanda istehlakçıya imkan verir ki, müştərinin diqqətini çəkəcək bir məhsul haqqında məlumatı elektron poçt vasitəsilə göndərsin. İnternetin interaktiv xüsusiyyətləri müştərilərlə uzun dövrlü əlaqə qurmaq üçün böyük kömək göstərir.



2. İnternet tək istiqamətli kütləvi informasiya əvəzinə birə-bir ya da çoxlu tərəflər arasında ünsiyyətə imkan verir.
İnternetin interaktiv təbiəti müəssisələrin fərdi müştərilərlə dialoq qurmasına imkan verir. Ənənəvi satışda televiziya, qəzet kimi ənənəvi kütləvi informasiya vasitələrindən istifadə edilərkən, internet müəssisədən müştəriyə fərdi mesajlar göndərə bilir. Hər bir müştəriyə təqdim edilən mesaj bir-birindən fərqli ola bilər.



3. İnternet reklam kimi standart satış əlaqəsinin quruluşunu da dəyişdirir
İnternet birə-bir marketinq imkanları təqdim etdiyi kimi müəssisədən kütləyə reklam təqdim etmə məqsədi ilə da geniş şəkildə istifadə edilir. Müəssisənin veb saytının özü də reklamın funksiyasına bənzər bir rol oynayar. Müəssisənin veb saytı da müştərini təqdimatlar haqqında məlumatlandıra bilər, razı sala bilər və xatırlatma rolunu oynaya bilər. Amma ənənəvi mediada olduğu kimi bir ödəmə edilmir.