“Pussycat Dolls” qrupunun keçmiş solisti vəmulti-platin solo ifaçısı olan Nikol Şerzinger “BritishAirways” aviaşirkətinə sərnişinlərə bilet sifarişindən və təyin olunmuş məntəqəyə çatmazdan öncə virtual aləmdə istiqamətlərdən yararlanmaq imkanı verən son innovasiyasını işə salmaqda yardım edib.
“OculusRift” virtual reallıq qarniturunun daşıyıcısı Texasda mustanq üzərində getmə, Kaliforniya çimərliyində taxta döşəmə üzərində rolikli konkisürmə və tanınmış Nyu-York mənzərəsi fonunda konkisürmədən istifadə edə bilər.
“BritishAirwaysın hazırladığı video-çarxlar məni Amerikanın sevdiyim yerlərinə apardı. Tez-tez səfər etdiyim üçün bu yeni texnologiya məni çox maraqlandırdı. Mən ondan bayramlarda ilhamlanmaq üçün, həmçinin yeni bir yeri ziyarət etməməzdən öncə virtual reallıqda orada olmaq üçün istifadə edirəm. Hər hansı bir yerdə oranı ziyarət etməmişdən öncə olmaq imkanı – möhtəşəmdir”, - deyə Nikol Şerzinger bildirib.
Virtual reallıq aləmində təcrübə gələcək nəsil səyahətçilər tərəfindən yeni texnologiyanın nə cür istifadə edəcəyinə həsr olunmuş tədqiqatın bir hissəsidir.“BritishAirways” aviaşirkətinin Yaxın Şərq və Mərkəzi Asiya üzrə kommersiya direktoru Paolo de Renzis bildirib: “Bu, gələcək səyahətçilər üçün irəliləyişin yalnız başlanğıcıdır. Təsəvvür edin ki, siz sifariş edəcək hoteldə öncədən ola bilərsiniz və ya “TimeSquare” meydanına gəzintiyə çıxıb, ətrafında hansı görməli yerlərlə tanış ola bilərsiniz.
Hazırkı səyahətçilər məntəqələri “Trip Advisor”, xəritə və küçələri gözdən keçirərək seçir, və “OculusRift” müştərinin istədiyi yerdə virtual aləmdə olmaq üçün növbəti addımdır”. “BritishAirways”ın üç virtual reallıq hazırlanması üçün xüsusi avadanlıqlar üzərində quraşdırılmış altı kamera ilə çəkilən müxtəlif yerlərin real kadrları istifadə olunub. Daha sonra istifadəçiləri Atlantik okean üzərindən möhtəşəm virtual reallığa aparan altı müxtəlif video-çarx 360 dərəcəgörüntünü yaratmaq üçün redaktə olunub.
“Virtual reallıq texnologiyası çox sürətlə inkişaf edir və turizm sektoru üçün dəyişdirici açar qismində yardım edə bilər. Bu, biznesi və ailəvi səyahətləri yeni səviyyəyə çıxaracaq ki, burada müştərilər əvvəllər olmadığı kimi evlərində oturaraq özlərinin turizm istiqamətləri ilə tanış ola biləcəklər”, - deyə Paolo de Renzis əlavə edib. “BritishAirways”ın “Oculus Rift” virtual reallıq qarniturları yaxın gələcəkdə aviaşirkətin müştəriləri üçün əlçatan olacaq.
“BritishAirways” haqqında:
1. “BritishAirways” 9-u İngiltərə, 84 Avropa və 86 dünyanın digər istiqamətlərinə olmaqla 179 istiqamətdə uçuşlar həyata keçirir
2. Aviaşirkət hər il dünyada təxminən 40 milyon sərnişin daşıyan dünyanın ən böyük beynəlxalq hava yolları şirkətlərindən biridir
3.Aviaşirkət uzun məsafəli uçuşların əksəriyyətində dörd kabin seçimi xidmətini təklif edir
4.Aviaşirkət yeni təyyarə, yeni kabin, yeni texnologiya və yeni marşrutlara investisiya yatırır
5.“BritishAirways” vətəni London “Heathrow”da Terminal 5-dən həyata keçirilən əksər uçuşları idarə edir. Bu terminal 50 futbol meydançası böyüklüyündədir və ildə 30 milyon müştəriyə xidmət etməyə qadirdir
6.“BritishAirways” hava və yerdə həyatı daha da rahat etmək üçün yeni təyyarə, asan kabin, zərif salonlarda təxminən 5 milyon funt sterlinq investisiya yatırır
7.“BritishAirways”in ev terminalı, 5-ci terminal üç il ardıcıl olaraq dünyanın ən yaxşı terminal kimi “Skytrax” mükafatına layiq görülüb.