Milli onlayn televiziya platformu olan “Myvideo.az” portalı son bir neçə ay ərzində Azərbaycanın ən baxılan beş saytlarından birisinə çevrildi. Qeyed edək ki, Myvideo.az Azərbaycanın ən iri video portallarındandır.



Saytda qeydiyyatdan keçmiş istifadəçilər portala 100.000-dən çox video yükləmişdir. Həmçinin, sözügedən sayt vasitəsilə 100-dən çox milli və xarici kanalları izləmək mümkündür.



Onu da qeyd etmək lazımdır ki, Myvideo.az həmin kanalların 10-günlük arxivini də təqdim edir ki, bu da istənilən kanalı vaxt baxımından geriyə çəkib istənilən verilişləri izləmək mükündür. Video məzmunların aktuallığını və istifadəçilərin ona artan tələbatını nəzərə alaraq Myvideo.az maraqlı kontentlərlə istifadəçilərin marağını cəlb etməyə və onların sayını artırmağa davam edəcək.



Azərbaycan Beynəlxalq Telekommunikasiya və informasiya texnologiyaları sərgi və konfransı - “Bakutel-2014” sərgisi zamanı biznesin B2B və B2G istiqamətləri üçün nəzərdə tutulan yeni servislər nümayiş etdirilmişdir, məsələn konfrans, forum və seminarlardan canlı yayımın (birbaşa İnternetə yayım) təşkili.