“BMW AG”nin Azərbaycanda rəsmi idxalçısı olan “Improtex Motors” şirkəti Bakıda əfsanəvi “BMW X6” avtomobilin növbəti nəslinin təqdimatını keçirib. Yeni “BMW X6” avtomobili mötəbər və gözə çarpan zahiri görünüşü və misilsiz dinamik xüsusiyyətlərinə görə öz sinfində yenidən əlçatmaz standartların təməlini qoyur və sükan arxasında əsl səciyyəvi zövq verir.
“Improtex Motors” şirkətinin baş direktoru Həsən İsmayılov: “Hal-hazırda dünya üzərində satış həcmi 250 000 ədədi ötmüş ikinci nəsil aktiv idman kupesi “BMW X6” məhz artıq dərəcədə görkəmlı dizaynı, əla texniki göstəriciləri,təmtəraqlı interyeri və yenilik yaradan texnologiyaları sayəsindərəqiblərinə qarşı xüsusi üstün mövqe tutur.
Qeyd etmək istərdim ki, “BMW X6” Azərbaycanda ən çox satılan modellərdən biridir və əminliklə deyə bilərəm ki, yeni “BMW X6” öz həvəskarlarının bütün intizarlarını tamamilə doğruldacaq”. Yeni “BMW X" avtomobilinin təəssüratlı dizaynında “BMW X” modellər sırasına məxsus idman gücü ilə BMW kupelərinə xas olan geniş salon, idmanxasiyyəti və dəbdəbəli zəriflik həmahəng tərzdə öz əksini tapmışdır. Yeni BMW X6 avtomobilin təkraredilməz görünüş üslubuonun cəlbedici üzlük səthləri və geniş təchizat siyahısının köməyi ilə vurğulanır. Yeni “BMW X6” avtomobiliüçün müxtəlif fərdi işləmə paketləri təklif olunur. “Design Pure Extravagance” işləmə paketi həm interyer həm eksteryerdə qeyri-adi əlamətlər əlavə edir.
“M Sport” paketi isə avtomobilin mühüm dinamikliyini əks etdirir. Bundan başqa, avtomobilin satışa çıxdığı andan müştərilərə, həmçinin,bu avtomobilə aid xüsusi təchizatlar siyahısını özündə cəmləşdirən “BMW Individual” proqramı da təklif olunur. Əvvəlki nəsil model ilə müqayisədə Yeni BMW X6-nın baza təchizat siyahısı da xeyli dərəcədə genişlənmişdir. Misal üçünhəmin baza təchizat siyahısına bi-ksenon fənərlər, 19 düymlü yüngül ərintili alüminium disklər, yük yerinin qapağı üçün avtomatik ötürücü, “Steptronic” növlü 8 pilləli sürət ötürmə qutusu, salonun xüsusi dəri üzlüyü, iki sahəlidaxili iqlimə nəzarət sistemi, avtomatik tündləşən salon güzgüsü və “BMW Connected Drive” proqramının tərkib hissəsi olan xüsusi “Driving Assistant” (sürücüyə kömək) sistemi.
Arxa üç yerli oturacaq 40:20:40 nisbətində yığılmaq qabiliyyətinə malik olduğu üçün yük yerinin dolum həcmini 580 litrdən 1 525 litrədək yüksəltmək mümkündür (əvvəlki nəsil modellə müqayisədə 75 litr çox). Bunun səyində isə salonun funksionallığı daha artırılır. Baza təchizat siyahısına daxil olan “BMW x Drive” tam ötürmə sistemi hər zamanavtomobili yol hərəkəti vəziyyətinə uyğunlaşdırır və optimal dartma gücünü, kurs dayanıqlığını və dönmə dinamikliyini təmin edir. Sürət dinamikliyinin artırılması üçün isə əlavə təchizat siyahısına “Dynamic Performance Control” və hərəkəti mükəmməlləşdirən digər təchizat proqramları daxildir. Yeni “BMW X6” avtomobilinin idman tərzli xüsusiyyətləri və rahatlığı da seçilmiş təchizatlardan asılı olaraq fərqli ola bilər.
Fırlanma anını paylaşdıran“Dynamic Performance Control” sistemi, avtomobilin yana yatmalarının qarşısını alan “Dynamic Drive” sistemi ilə birlikdə təklif olunur. Avtomobilin rahatlıq səviyyəsini pnevmatik asqı və amortizatorların sərtliyini tənzimləyən “Dynamic Damper Control” sistemi vasitəsi ilə daha da yüksəltmək mümkündür. Həmin sistemlər isə “Control” və “M Sport” paketlərinə daxildir. Hərəkət hissəsi üçün nəzərdə tutulmuş “Professional” paketi isə özündə “Comfort” və “Dynamic” sistemlərini birləşdirməklə maksimal rahatlığı və sükan arxasında misilsiz zövqü mövcud edir. Adaptiv işıq diodlu fənərlər, rahat daxilolma funksiyası, yük yerinin qapağı üçün toxunuşsuz açıb-bağlanma imkanı və digər yüksək texnologiyalı təchizatlar növbəti BMW X6 avtomobilinin yenilik yaradan xasiyyətini müəyyənləşdirir.
Səyahət zamanı artıq dərəcəli əyləncə və rahatlığı təmin etmək üçün “Professional” naviqasiya sistemi də təklif olunur. Bu sistemə sensortənzimləyici, “HighEndSurround” funksiyalı həcmli səsə malik “Bang&Olufsen” audio oxuducusu və salonun arxa hissəsi üçün yeni “Professional” multimedia sistemi daxildir. “BMW ConnectedDrive” proqramı unikal sürücüyə dəstək sistemləri və xidmətləri əhatə edir. Bu dəstək sistemləri və xidmətləri arasında BMW proyeksiya monitoru, avtomagistrallardakı tıxacda sürücüyə kömək edən “Driving Assistant Plus” sistemi, dayanma zamanı avtomobilə nəzarət edən BMW parklanma sistemi, “Surround View” dairəvi görünüş sistemi,dinamik şüa işıqlı “NightVision” gecə görünüş sistemi və bütün “Connected Drive” və “OnlineEntertainment” daxil xidmətlərinisadalamaq olar. BMW X6 xDrive50i avtomobili 330 kWt / 450 at/gücünə malik son nəsil V8 benzin mühərriklə təchiz olunur.
“Improtex Motors” haqqında:
“Improtex” Şirkətlər Groupunun tərkib hissələrindən biri “İmprotex Motors” MMM-dir. Əsas fəaliyyəti premiumsinfli avtomobilləri ilə bağlı olan “ImprotexMotors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “ImprotexMotors” şirkəti BMW, Rolls-Royce, MINI, “Alpina” və BMW motosikllərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir. Hər yeni təqdimat təmtəraqlı şəkildə qeyd edilir.
Hal-hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 4 sərgi-satış salonu və servis mərkəzi vardır. Azərbaycan avtomobil sektorunda qabaqcıl şirkətlərindən biri olan və 16 ildən artıq fəaliyyət göstərən “ImprotexMotors”, Azərbaycan avtomobil bazarında özünü etibarlı və nüfuzlu şirkət kimi ifadə edərək, uzunmüddətli peşəkar fəaliyyəti sayəsində müştərilərinetibarını və hörmətini qazanmışdır.