Loqo dizaynı zamanı ağlımıza müxtəlif fərqli üslublar gəlir. İlk öncə şirkətiniz üçün hansı “naming” və ya “adlandırma” düzgün seçməyi düşünürsünüz, dildə rahat tələffüz olunmalıdır.
Sonra isə əsas rənglər (bacarın az rəng istifadə edəsiniz, bu qərar istehsalatda cibinizdəki pula qənaət edəcəkdir), öz növbəsində, əlbəttə ki, logotip. Burada diqqət edilməli olan 3 növ logo var, ancaq onlar da öz daxilində 8 sub-kateqoriyaya bölünürlər.
Logo sifarişini daha rahatlaşdırmaq üçün, mən sizə logonun bu növlərini və xüsusiyyətlərini izah edəcəyəm. Siz dizaynerə “Mən X növü logo istəyirəm” dedikdə, bu üç əsas logo növünü az-çox standartlarlaşdırılmış qaydalara əsasən dizayner hazırlamalıdır. Bu qanunauyğunluğa əsasən hazırlanmayan logoları hamı sərbəstcə istifadə edə bilər. “Logotip”in digər qəbul edilmiş adı “WordMark”dır. Lakin, bununla yanaşı, Icon, Symbol Mark yazısı, “Mark”ların birləşməsi (burada iki və daha çox simvol istifadə olunur) kimi də adlar qəbul edilib.
1. Loqotip aka WordMark
“Loqo”nun əsas elementi düzgün yazı tipi seçilməsi ilə başlayır. Bu çox mühümdür. Seçdiyiniz yazı tipini, naxış və rənglə tamamlaya bilərsiniz. Bütün “Loqo”da olduğu kimi, onun yaddaqalan və asan xatırlanan olması çox vacibdir, habelə onun izlənilən dəblə ayaqlaşması və stilistikaya sahib olması mühüm əhəmiyyət kəsb edir. Cursive (dekorativ, naxışlı) yazı tipi daha çox eleqantlıq və prestijin göstəricisidir. Bu tip yazını siğorta, bank, reklam agentliyi və s. Tipli müəssisələr üçün istifadə etmək uğursuz seçimdir. Daha çox gözəllik salonları, SPA, otellər, cəvahirat və geyim dükanları üçün çox uğurlu seçim olacaqdır.
Nazik (Sans Serif) və qalın (Sans Serif) yazı tipləri daha çox etibar və gücün göstəricidir. Bunları isə bank, siğorta, TV kanal, Reklam agentlikləri, Holding üçün istifadəsi daha məqsədə uyğundur. Handwritten (əl yazısı) tipi isə şirkətlərin daha çox əyləncəli və dost göstərmək üçün istifadə etmək olar. Bu şirkətin hansı fəaliyyət sahəsinə aid olacağına bağlıdır. Dizayner loqo dizaynı zamanı bunları hökmən nəzərə almalıdır. Italic (maili) yazı tipi isə hərəkət və dəyişimi bildirir. Şirkətlər imiclərini update etdikləri zaman çox zaman ümumi stilistikanı saxlayıb, italic yazı tipini seçdikləri üçün bu statistika üzrə belə qəbul edilmişdir. Hərçənd məntiqli fikirdir.
Ənənəvi (Loqotip və WordMark) növlər
Bu qəbul edilmiş və bilməli olduğunuz ən uğurlu loqo tipləridir. “IBM”in istifadə olunan qalın yazı tipi güvəni və gücü bildirir, içindəki xətlər isə kodlaşdırmanı əks etdirir. Coca-Cola loqosu isə, sadəcə, ikonik loqodur. Dekorativ yazı tipi olsa da, dünyaca qəbul ediliyi və tanındığı üçün ona məna yükləmək olmur. Əlbəttə ki, biz soyuq qazlı içkini içərkən millyon dollarlıq şirkətin Loqosunu düşünmürük, hərçənd indiki qiyməti loqoya yuxarıda sadaladığımız mənanı yükləməyə imkan verir. Prestij və eleqantlıq, əyləncə, hərəkət və dəyişim.
WEB 2.0 (LOGOTYPE və WORDMARK) tipləri
Siz, böyük ehtimal, bu loqoları da görmüsünüz. Bu WEB 2.0 WordMark loqo tipləri sənaye nəhəngləridir. eBay və Google arasındakı oxşarlıq yəqin sizlərin də diqqətinizi çəkib – rəngli və dost. Yahoo da bu tip loqolara aiddir, əgər xatırlayırsınızsa. “Yahoo”nun loqosunda hərflər “ebay”daki kimi böyük deyildirlər. Bu tip şirkətlətin fəaliyyətə başlama tarixində yaranan loqoların əksəriyyəti belə idi. O zamanlar insanlar daha pozitiv idi :)
2. Icon və ya Simvol
Əslində bu çox əladır - simvolu tanıtmaq və onu number one etmək. İndi isə insanlar bu tip loqolar hazırlanmaıs üçün çoxlu pullar xərcləyirlər. “Google”da axtarış verib baxın, hansını tanıyırsınız onların?
PIKTORIAL (ICON vəyaSiMVOL) tipi
Pictorial Loqo tipi, əsasən, özü-özünü izah edir. Siz bu şirkətin nə işlə məşğul olduğunu anlaya bilməzsiniz loqoya baxaraq, lakin on ugörər-görməz tanıyarsınız. Apple ilk loqosu çox uğursuz və çox yüklənmiş loqo idi, lakin artıq tanınan bir brend olandan sonra loqonu sadələşdirməsi çox uğurlu alındı. Müştərilər artıq bu balaca dişlənmiş alma simvolunu hansı electron cihazın üzərində görsələr onlarda keyfiyyət və qiymətli fikri avtomatik yaranır. Eyni ilə Shell loqosunu gördükdə müştərilər qatqısız benzin doldurmaq üçün əminliklə benzin stansiyasına yaxınlaşırlar.
ABSTRAKT (ICON vəyaSIMVOL) tipi
Bəzən dizayn prosesində dəlilikdə məqbuldur. Abstract tip loqolar tamamilə sərbəst stilistikadır. Nəyəgörə Mitsubishi loqosunda üçbucaqlı formalar var, Olimpiada loqosunda nəyə görə kvadrat deyil, dairə forması istifadə olunub, rənglərdə 5 qitəni ifadəmi edir? Bunlara, təbii ki, məna yükləmək mümkün deyil, million fikir yükləmək olar. Bu səbəbdən bu tip loqolar abstract adlandırılıb, yəni naməlum.
HƏRF (letter) (ICON vəyaSiMVOL)
Sadəcə bir hərf istifadə etməklə şirkəti yaddaqalan etmək mümkündür. Əlbəttə ki, indi “Nike”ın “Swoosh” loqosunu görüb tanımayan insan olduğuna inanmaq imkansızdır. Amma bu şirkət start-up olsaydı və məshulları bu qədər reklam olunmasaydı, biz bu simvolu görüb “Nike” deyə bilməzdik. Əslində, hərflə ifadə olunan loqolar da simvol tiplidir, lakin burda əsas bacarıq addakı ilk hərfin simvola çevrilməsi və onun yaddaqalan ifadə edilməsidir. “MTV”ni sadəcə “M” hərfiilə, “McDonalds”ı, sadəcə, “M” göstərəbilərsiniz, lakin bunlar fərqli simvol şəklinə gətirilməsə, sadəcə, “M” hərfi olaraq yaddaqalar və qarışdırıla bilər. Əsas uyğun stilistikanı tapmaqdır.
MASKOT (CHARACTER) (ICON və ya SİMVOL)
Bu alt-kateqoriyaya isə maskotlar və talismanlar daxildir. Əgər siz idman pərəstişkarısınızsa, buzaman izlədiyiniz qrupu mütləq hansısa maskotla xatırlamağa üstünlük verəcəksiniz, məsələn, qartal, şir, pələng, leopard və s. Bəzi şirkətlərin sırf reklamlarda, kommersial vasitələrdə, promolarda istifadə üçün özünə xas maskotları vardır: YapıKredi (Vada), Unibank (albali kart üçün kirpi), Bank of Baku (Bolkart – arı) və s.
Bu şirkətin daha çox sevilməsini təmin edən vasitədir, yaxud da şirkət bu vasitə ilə müştərilərini diqqət mərkəzində saxlayır. Mələsən, siz “Frosted Flakes” (bu məhsul Azərbaycanda mövcud deyil) yeyərkən üzərindəki pələng kimi güclü və enerjili olacağınıza inanırsınız. Yaxud da siz bu maskotu gördükdə World Wildlife Fund (Dünya Heyvanları Qoruma Fondu) təbiətdə nəsli məhvolmağa üztutmuş sevimli heyvanları düşünürsünüz.
Şirkətin bu tip tanınan simvolları (maskotları) olması yaxşı haldır, bu müştərilərdə daima pozitiv reaksiya ilə geri dönmüşdür.
3. Kombinativ tip
Əgər bir simvol və şirkət adını biraraya gətirsəniz o zaman siz kombinativ simvol (mark) əldə edəcəksiniz. Bu tip loqolar şirkəti olduğundan daha çox güclü ifadə edir. Məsələn, sizin şirkətiniz uşaqlar üçün yapışqan (stiker) istehsal edirsə, şirkətin adını bildirən Loqotiplə birlikdə birdə “Happy Face” stikeri əlavə edərsəniz daha yaddaqalan və uşaqlar üçün xoşagəlimli olar. Yaxud da bütün bunların əvəzinə, sadəcə, bir simvol və yaxud da naming-ə uyğun “friendly” yazı tipi ilə ifadə etmək olar:
Məsələn, “STIKITS” çox uğurlu kombinasiyadır.
Ənənəvi (simvol kombinasiyası)
Siz bu şirkətləri kombinativ loqoları ilə ayırd edə bilirsiniz. Yazı tipi (stilistika) və simvol – hər şey bundan ibarətdir. Bu loqotipinin bir üstünlüyüdə odurki, siz, məsələn, “KFC”in Colonel Sanders-sizdə göstərə bilərsiniz, yaxud əksinə. Bu arada Colonel Sander sözü aşağıda olacaq. Bu kişini hamı tanımalıdır: )Yaxud da “Jaguar”I sadəcə “JAGUAR” yazısı ilə da göstərəbilərsiniz, əksinə də. Eləcədə “Adidas”. Lakin bu halda bu kombinativ loqolar yarımçıq hesab ediləckdir. Yəni onları digər şirkətlərdən və digər loqotiplərindən fərqləndirən əsas cəhəti onların kombinativ olmasıdır.
Colonel Sanders
EMBLEM (Kombinativ tip)
Emblem loqo tipi isə simvol və yazı tipi ilə daha çox kombinativ xarakter daşıyır. Burada əsas məqsəd loqonun emblem və yazı iləbütöv stilistika ilə uyğunluq təşkil etməsidir. Məsələn, “UPS”ı yazısız tanımaq mümkün deyil, eləcə də “Harley-Davidson”. “Starbucks” haqda bunu demək bir qədər çətindir, çünki bu balıq qızı artıq epic mövzularla hamı tanıyır. Lakin bunu qara PR hesab edərsək, bu Loqotipləri haqqında olan qanunauyğunluqları pozur.
Sonda onu demək istəyirəm ki, seçim çoxdur lakin uğurlu seçim üçün yuxarıdakıları mütləq nəzərə almaq lazımdır. Çünki illər və təcrübələr göstərdi ki, bu qanuna uyğunlular hər zaman müsbət nəticə göstərib. Dizaynerə brif yazarkən daha savadlı brif alınması üçün hansı tip loqo istədiyinizi bildirsəniz, işinizin 50% asanlaşdırmış və vaxtınıza qənaət etmiş olarsınız. Unutmadan, bu iş üçün elə mənim özümə də müraciət edə bilərsiniz.