“İdeal”ın bu kampaniyası onsuz da bayram ovqatında olan insanlarımızın kefini daha da kökəldəcək. Çünki qurulmuş kommunikasiya insanlara həm sərfəli aış-veriş vəd edir, həm də onların ən xoş uşaqlıq xatirələrini canlandırır.
“Yello Advertising” tərəfindən hazırlanmış bu kampaniya kifayət qədər geniş miqyaslıdır. Belə ki, yaradıcı konsept və ona söykənən dizaynlar, film, TV band, radiospot və rich-media banneri sayəsində bütün Azərbaycan endirim şənliyinə dəvət olunur. Tufan qopacağı və ya sadəcə qar yağacağı barədə dəqiq nəsə deyə bilməsək də, bazarda tufan artıq başlayıb...