“ABSHERON Hotel Group” Şahdağ dağlıq kurortu ərazisində idarə etdiyi iki lüks “Pik Palace Şahdağ” və “Park Chalet Şahdağ” hotelləri “Marriott” brendinin xüsusi portfeli sayılan eksklüziv və müstəqil lüks hotel və kurortların cəmləşdiyi “Autograph Collection”un rəsmi üzvü olub.
Bakıda açılacaq “Boulevard Hotel Bakı” və “Intourist Hotel Bakı” hotelləri isə 2015-ci ilin İyun ayından etibarən “Autograph Collection”a qoşulacaq. “ABSHERON Hotel Group” tərəfindən idarə olunan hotellərin belə mötəbər beynəlxalq qrupa daxil olması şərəfli addımdır.
Belə ki, sözügedən qrupa keyfiyyətli xidmət göstərən, müasir səyahətçiləri yüksək səviyyəli komfortla təmin edən və orijinallıq meyarlarına görə seçilmiş xüsusi hotellər üzv ola bilir. “ABSHERON Hotel Group”un “Pik Palace Şahdağ”, “Park Chalet Şahdağ”, “Boulevard Hotel Baku” və “Intourist Hotel Baku”hotellərinin hər biri solo xüsusiyyətləri, mahiyyəti və auditoriyası ilə fərqlilik yaradaraq detallara və şəxsi vurğuya əsaslanır və əlamətdar orijinallığına görə “Autograph Collection” hotellər siyahısına daxil olmaq iqtidarındadır.
“Pik Palace Şahdağ” (Dekabr, 2014)
Şahdağ dağlıq kurortunun əzəmətli dağları arasında yerləşən “Pik Palace” hoteli Qusara yaxınməsafədə yerləşir. Qusar tarixən Azərbaycanın Şimal Qapısı olmuş və Avropa, Rusiya, Yaxın Şərq və Mərkəzi Asiyanı birləşdirən körpü rolunu oynayıb. Lüks hotel və kurort kompleksləri üzrə ixtisaslaşan aparıcı “Reardon Smith Architects” memarlıq şirkəti tərəfindən layihələndirilmiş “Pik Palace” hoteli heyrətamiz mənzərə və müstəsna xidmət səviyyəsi ilə unudulmaz istirahət təklif edir. Hotel qonaqlarına geniş həcmli çarpayılar, rahat qonaq vəiş guşələri, həmçinin lüks nömrələr təqdim edir.
Böyük ölçülü mərmər hamam otaqlarında quraşdırılmış ikigözlü əlüzyuyan, böyük hamam vannası, duş kabini və ayrıca tualet sahəsi fərdi və ailələr üçün maksimum rahatlığı təmin edir. Əlavə olaraq, hər bir otaq döşəmədən tavana qədər uzanan pəncərələr və fransız eyvanları ilə dağlara möhtəşəm mənzərə açır. “Pik Palace” hotelinin “Chocolat Patisserie”, “Alpina Brasserie and Wine Bar” və “Fujisan” kimi restoran, bar və istirahət guşələri dağlarda zövqlə nahar etmək üçün unikal vəhdət yaradır. Mənəvi zənginlik və istirahət üçün qonaqlar “The Club Fitness & SPA”da aromatik prosedurlardan yararlana bilərlər.
“Park Chalet Şahdağ” (Dekabr, 2014)
Bakıdan 210 km məsafədə yerləşən 164 otaqlı “Park Chalet” hotelinin dizaynı ənənəvi Avropa üslubundan ilhamlanaraq, ABŞ-ın Aspen şəhərindəki xizək stillihotellərin üslubunu da özündə əks etdirir. Hotelin rahat ev üslublu qonaq otaqları və syutləri, həmçinin xüsusi dizayn edilmiş xalçalar, əhənglə yuyulmuş palıd panellər və digər ənənəvi əşyalar qonaqlarda unudulmaz təəssürat yaradacaq.
Şahdağ dağlıq kurortunun ən əsas qurman mərkəzlərindən olan “Park Chalet” ən yüksək mərtəbədə yerləşən “AspenGrill” restoran, lounge və barda ləziz yemək çeşidləri və “MoccaCafe”də içki çeşidləri ilə qonaqlara xidmət göstərir. Buxar otaqları və sauna dağ mənzərəsindən sakitləşən ruhunuzu daha da mükəmməl hisslərlə dolduracaq.
“Boulevard Hotel Baku” (İyun, 2015)
Bakı buxtasının mərkəzində və şəhər mərkəzindən şərqdə yerləşən “Boulevard” hotelində 818 rahat qonaq otağı olacaq.
“Boulevard” hotelində 3 restoran, istirahət guşəsi kimi fəaliyyət göstərən launjvə Xəzər dənizinə möhtəşəm mənzərəli və gün işığı ilə işıqlanan 1300 kv. metrlik geniş ziyafət zalı fəaliyyət göstərəcək. Hoteldə xidmət göstərəcək 6 funksional konfrans otağı ən son texnoloji audio-vizual ləvazimatlarla təmin olunacaq. “Boulevard” hotelinin sağlamlıq və fitness zalı yorğun iclas və görüşlərdən sonra istirahət etmək üçün nəzərdə tutulub.
“Intourist Hotel Baku” (İyun, 2015)
Şəhərin mərkəzində, Xəzər dənizi ilə haşiyələnən və Milli Park kimi tanınan bulvara dəniz mənzərəsiolan bu butikhotel 150 qonaq otağı və syuitlərini qonaqlara təklif edəcək. Əsas turistik obyektlərə yaxın olması hoteli şəhər mərkəzi ilə sıx əlaqələndirir. “Intourist Hotel Baku”ən müasir standartlara cavab verən qonaqpərvərlik təcrübəsi, eleqant otaqları, syuitləri və restoranları ilə 80 illik canlı əfsanədir.
“ABSHERON Hotel Group” haqqında:
“ABSHERON Hotel Group” Azərbaycanda yeni hotel idarəçiliyi və inkişafı şirkəti olmaqla, beynəlxalq səviyyəli hotel və kurort şəbəkələri yaratmaqla, milli və regional bazarda aparıcı mövqe tutmaq niyyətindədir.Son illərdə ölkənin sosial-iqdisadi inkişafında əksini tapan turizm infrastrukturunun əhəmiyyətli inkişafı “ABSHERON Hotel Group”untəsis olunmasını şərtləndirmiş və buna təkan vermişdir.Şirkətin fəaliyyət dairəsi Bakı və onun hüdudlarından kənarda müxtəlif orta və lüks səviyyəli hotel və digər mehmanxana strukturlarını əhatə edir. “ABSHERON Hotel Group”un əsas fəaliyyət sahələri qonaqpərvərlik sənayesi, aktivlərin idarəedilməsi və biznesin inkişafı istiqamətləridir.Daha ətraflı məlumat üçün: www.absheronhotelgroup.com
“AutographCollection” haqqında:
“Autograph Collection”un prizması Kolorado dağlarında 15 otaqlı butik otellərdən Praqada XIX əsrə aid neoklassik saray stillihotellərədək geniş çeşidli hotellər qrupudur. Əminliklə demək olarki, hər bir hotel keyfiyyəti, orijinallığı, güclü tərzi və günümüzdə səyahət edən istənilən müasir səyahətçinin hər bir fərdi istəklərini qarşılamasından asılı olaraq seçilib. Nisbətən yeni yaranmasına baxmayaraq, “Autograph Collection”un fərqli hotellər portfeli ciddi seçim prosesi və səyahət edənlərdə fərqli xatirələr yaratmasına görə müvəffəqiyyət qazanmışdır.