“Microsoft Azerbaijan” şirkəti Bakıda ənənəvi “Proqramçı günü”nü keçirib. Tədbirdə peşəkar proqramlaşdırma ilə məşğul olmaq istəyən 100-dən artıq IT-mütəxəssisi, tələbə və şagirdlər iştirak edib.


 


Tədbirin əsas məqsədi informasiya texnologiyaları sahəsində gənc mütəxəssislərin karyera yüksəlişi imkanlarını nümayiş etdirmək, həmçinin masaüstü, mobil və bulud proqramlaşdırmanın xüsusiyyətləri ilə tanış olmaqdan ibarətdir.


 


Bundan başqa, “Proqramçı günü” tədbir iştirakçılarına bu sahənin peşəkarları ilə tanış olmaq imkanını əldə ediblər və tədbir çərçivəsində gənc proqramçılar cəmiyyəti yaradılıb. Tədbirdə çıxış edən “Microsoft Azerbaijan” şirkətinin strateji həllər üzrə mütəxəssisi Qaçay Mirzəyev və təhsil proqramları üzrə meneceri Emin Axundov “Microsoft”un təhsil, sertifikasiya və biznesin inkişafı imkanlarını nümayiş etdiriblər. “Biz istərdik ki, bizim məhsul və texnologiyalar bütün tələbələr üçün əlçatan olsun, və “Microsoft” karyera yüksəlişinə və inkişafa kömək edəcək “Microsoft” məhsul və həlləri üzrə peşəkar sertifikasiyası gənc mütəxəssilərə dəstək olsun.


 


İnformasiya texnologiyaları bazarının tendensiyalarını nəzərə alaraq, “Microsoft” Korporasiyası “Windows Store” platforması üzərində şəxsi biznesin qurulması imkanını yaradır. Bu ilin iyul ayından etibarən Azərbaycan proqramçıları “Windows” və “Windows PhoneStore” platformalarında pullu tətbiqlər yerləşdirmək imkanını əldə ediblər”, - deyə E. Axundov bildirib. Tədbirdə, həmçinin Vüsal İsayev (“HappyBaku”), Önər Əlili və Rəşid Əliyev (“BethClip”), Anar İsgəndərli (ASAN xidmət) çıxış ediblər və “Microsoft”un həlləri bazası üzərində hazırlanmış masaüstü, mobil və bulud əlavələrin yaradılması təcrübələri ilə bölüşüblər. 



 


“Microsoft” haqqında:


 


1975-ci ildə təsis edilmiş Microsoft Korporasiyası insanların və bizneslərin tam potensialını həyata keçirməsində yardımçı olan proqram təminatı, xidmət və həllərdə dünya lideridir. Microsoft Korporasiyası fərd və bizneslər üçün geniş çeşidli mobil cihaz və bulud xidmətləri təqdim edir ki, bütün dünyada insanların evdə, işdə və yolda daha çox önəm verdikləri fəaliyyətləri həyata keçirməsinə imkanı olsun. Bunların arasında masaüstü və şəbəkə əməliyyat sistemləri, müştəri-server mühitləri üçün server tətbiqləri, istifadəçilər üçün masaüstü biznes və ofis tətbiqləri, interaktiv proqram və oyunlar, İnternet şəbəkəsində işləmək üçün vasitələr və yaradıcılıq alətləri.


 


Əlavə olaraq, Microsoft onlayn xidmətlər təklif edir, kompüter mövzularında kitablar çap edir, kompüterlər üçün periferik cihazlar istehsal edir və yeni kompüter texnologiyalarının tədqiqatı və inkişafı ilə məşğul olur. Microsoft Korporasiyasının məhsulları 80-dən artıq ölkədə satılır, Azərbaycan dili daxil olmaqla, 45-dən çox dilə tərcümə edilib və fərdi kompüter platformalarının əksəriyyəti ilə uyğundur. 2005-ci ildən Azərbaycanda fəaliyyət göstərən Microsoft Azərbaycan şirkətinin başlıca vəzifəsi – elektron idarəetmə, biznes inzibatçılıq və təhsil sistemi üçün yeni texnoloji həlləri tətbiq etməklə Azərbaycanın inkişafına töhfə verməkdir.