Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin birgə təşkilatçılığı ilə “Fəal Ailəm, Sağlam Aləm” (FASA) proqramı çərçivəsində Bakıda ikinci respublika ailəvi idman yarışlarının final mərhələsi keçirilib.


 


Fəal və sağlam həyat tərzi daha xoşbəxt yaşamağa gətirib çıxarır və bu, bütün cəmiyyətin xeyir götürə biləcəyi bir şeydir. “Coca-Cola”nın prioritet istiqamətlərindən biri insanları, onların ailələrini və icmaları fəal və sağlam həyat tərzinə təşviq etməklə, dayanıqlı cəmiyyətlərin yaratmasıdır.


 


Məhz bu səbəbdən “Coca-Cola” hər bir ölkədə insanları FASA kimi fiziki proqramlarda iştirak etməyə cəlb edir, o baxımdan ki, biznes yalnız dayanıqlı cəmiyyətlərdə dayanıqlı ola bilər. “ABU Arena” İdman Kompleksində keçirilən tədbirin açılış mərasimində çıxış edən MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə 2014-cü ildə Azərbaycan idmançılarının beynəlxalq yarışlarda əldə etdiyi nailiyyətlərdən, həmçinin FASA proqramının əhəmiyyətindən danışıb və bildirib ki, analoji tədbirlər cəmiyyətdə sağlam aktiv həyat tərzini inkişaf etdirir: “Mən Təhsil Nazirliyi və “Coca-Cola” şirkətinə bu proqramda fəal iştirakına, eyni zamanda uşaqlar, gənclər və onların valideynləri arasında sağlam həyat tərzinin təşviq etdiyinə görə təşəkkürümü bildirirəm. Bütün bunlar yarış iştirakçılarını Olimpiya hərəkatının fəal üzvlərinə çevirir”.


 


Tədbirdə çıxış edən Təhsil Nazirliyinin Tərbiyə və məktəbdənkənar müəssisələrlə iş şöbəsinin müdir müavini Vasif Məmmədov qeyd edib ki, təhsil ocaqlarında bədən tərbiyəsinin geniş yayılması Azərbaycanda təhsilin inkişafı üzrə Dövlət Strategiyasında da öz əksini tapıb: “FASA proqramının yalnız Bakıda deyil, ölkə regionlarında da keçirilməsi sevindirici haldır. Ümid edirəm ki, bu proqram davamlı olacaq və əhali arasında aktiv yaşayış tərzinin inkişafına töhfəsini verəcək”. Öz növbəsində tədbirin açılışında çıxış edən “Azerbaijan Coca-Cola mBottlers” şirkətinin baş meneceri Cem Becel proqrama verdiyi dəstəyə görə MOK və Təhsil Nazirliyinə minnətdarlığını bildirib.


 


MOK və “Coca-Cola” arasında əməkdaşlıqdan danışıb və qeyd edib ki, FASA proqramı “Coca-Cola” və MOK arasında birgə icra olunan uzunmüddətli tərəfdaşlıq layihəsidır və tərəflər gələcəkdə bu layihəni bir qədər də genişləndirəcək: “Sağlam və aktiv həyat tərzinin dəstəklənməsi "Coca-Cola"nındünya üzrə biznes apardığı hər bir cəmiyyətdə əsas məqsədindən biridir.Fəal və sağlam həyat tərzi cəmiyyəti gücləndirir. Mən bura toplaşan hər bir azarkeşə təşəkkürümü bildirirəm və iştirakçıları ürəkdən dəstəkləməyə çağırıram”.


 


Musiqili-bədii və əyləncəli idman proqramından ibarət olan ikinci belə yarışın əsas məqsədi kütləvi idman üçün ailə mühitinin faydası və vacibliyini nümayiş etdirməkdir. Tədbirdə MOK, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, milli idman federasiyalarının və “Coca-Cola” şirkətinin nümayəndələri ilə birgə Olimpiya və Paralimpiya çempionları, tanınmış idmançılar da iştirak edib. İştirakçı ailələrə dəstək olmaq üçün ailəvi idman yarışlarına Milli Olimpiya Səfirləri – Olimpiya çempionu Fərid Mansurov və əməkdar artist Tünzalə Ağayeva da qatılıb. T. Ağayeva tədbirə bayram əhval-ruhiyyəsi qatmaq üçün öz hitmahnılarından birini ifa edib.


 


 Ailəvi idman yarışlarında Azərbaycanın 9 rayon və şəhərindən olan 12 ailə müxtəlif idman növləri əsasında hazırlanmış əyləncəli estafet tipli oyunlar vasitəsilə öz güclərini sınayıblar. Ailələrlə dəstək olmaq üçün tədbirə Bakı, Sumqayıt və digər bölgələrdən olan 1000 nəfərdən artıq insan qatılıb. Nəticədə FASA proqramı çərçivəsində keçirilən ikinci respublika finalının qalibi Qusar komandası olub. Yarışda ikinci yeri Zaqatala, üçüncü yeri isə Qəbələ komandaları tutub. Tədbirin sonunda qalib və iştirakçı bütün ailələr MOK və “Coca-Cola” şirkətinin qiymətli hədiyyələri, həmçinin diplomları ilə mükafatlandırılıb.


 


Qeyd edək ki, şən, təhlükəsiz və inklüzivoyunlardan ibarət yarışın əsas məqsədi sağlam həyat tərzinin geniş əhali kütləsi arasında təşviq etməkdir. Sözügedən açıq ailə turnirı FASA proqramının bir hissəsidir və bu yarışlara hər kəs qatıla bilər. Belə ki, proqram çərçivəsində Bakı və Azərbaycanın digər bölgələrindəki məktəblərdə sağlam həyat tərzinə dair seminarlar təşkil olunub ki, burada məktəblilər və onların valideynləri idman yarışlarına yazılıb. Xatırladaq ki, 2014-cü ildə FASA proqramı ölkənin 40 regionunu əhatə edib. Sözügedən proqramda 210-a yaxın ailə iştirak edib, 2 500-dən çox insan isə oyunları canlı izləyib.


 


“Coca Cola” şirkəti haqqında:


 


“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli və tanınmış brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 17 mlrd. ABŞ dollar olan brendlər daxildir: “DietCoke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “vitamin water”, “Powerade”, “Minute Maid”, “Simply” və “Georgia Coffee”. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki realizə edir.


 


Qeyd etmək  lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.comvəya “Twitter” www.twitter.com/CocaColaCowww.coca-colablog.com səhifəsində “Coca-Cola Unbottled” bloqunda və “LinkedIn”də www.linkedin.com/company/the-coca-cola-company izləyin.