"Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyi (DVC) “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində “Ümumdünya Qadın Sahibkarlığı Günü”nü qeyd edib. Bu münasibətlə Azərbaycan Dövlət İqtisad Universitetində təşkil olunmuş tədbir “Qlobal Sahibkarlıq Həftəsi”nin Azərbaycanda ev sahibi olan DVC tərəfindən, Gənclər və İdman Nazirliyi, “Coca-Cola” şirkəti və Dünya İqtisadiyyat Forumunun “Global Shapers” icmasının dəstəyi ilə keçirilib.


 


Azərbaycanın qadın sahibkarlarının iştirakı ilə baş tutmuş tədbir DVC, Gənclər və İdman Nazirliyi və “Coca-Cola” şirkətinin “Youth Inc” Gənc Sahibkarlar Proqramının “Gənc xanımların imkanlarının genişləndirilməsi” konseptual istiqamətinə uyğun olaraq keçirilib. Tədbirin məqsədi Azərbaycanda qadın sahibkarlığının inkişafına dəstək vermək, bu mövzuya ictimai maraq oyatmaq, gənc xanımların biznes təcrübələrini genişləndirmək və aralarında tərəfdaşlıq mühitini formalaşdırmaqdır.


 


Tədbirin auditoriyasını biznes sahəsinə maraq göstərən və gələcəkdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən gənc tələbə xanımlar, eləcə də media nümayəndələri təşkil edib. Tədbirin birinci hissəsində iştirak edən xanım sahibkarlar öz təcrübələrini gələcəyin sahibkarları ilə bölüşüb, uğur hekayələrini paylaşıb və gələcək həmkarlarına öz bilik və bacarıqlarını çatdırdı. Daha sonra iştirakçılar müzakirələrə qoşularaq, öz suallarını sahibkar xanımlara ünvanlamaq imkanı əldə ediblər. Tədbirə “Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı” mövzusunda dəyirmi masa ilə yekun vurulub.


 


Tədbirdə “Azerbaijan Coca-ColaBottlers” şirkətinin İnsan Resursları Departamentinin rəhbəri və “Coca-Cola” Qadınlar Klubunun təsisçisi BanuKokoz, “SidusGroup” şirkətinin rəhbəri Gülnarə Həsənova, Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin PR mütəxəssisi Aytən Əliyeva və digərləri çıxış edib. “Coca-Cola” Qadınlar Klubunun qurucusu BanuKokoz bildirib ki, gender müxtəlifliyinin “Azerbaijan Coca-ColaBottlers” şirkətinin davamlı iqtisadi inkişafında əsas amillərdən biri olduğunu nəzərə alsaq, şirkət qadın liderliyini təbliğ etmək məqsədi ilə onların iş yerində və cəmiyyətdə haqlarının qorunması və imkanlarının genişlənməsinə yönəlmiş təşəbbüsləri dəstəkləyir.


 


2014-ci ildə “Azerbaijan Coca-ColaBottlers” Qadınlar Klubunun yaradılması bu cür təşəbbüslərdəndir. “Coca-Cola” Qadınlar Klubu şirkətin qadınların imkanlarının genişləndirilməsində maraqlı olan bir qrup qadın əməkdaşından ibarətdir. Yarandığı gündən onlar potensialın inkişafına yönəlmiş müxtəlif təlimlər, birneçə sosial məsuliyyət layihəsi realizə edib və əyləncəli vaxt keçiriblər. Ümumilikdə “Azerbaijan Coca-Cola Bottlers” şirkətinin məqsədi işçilərin öz bacarıqlarını nümayiş və imkanlarını inkişaf etdirə və öyrənə biləcəyi, həmçinin işə innovasiya və yaradıcılıq qatacaq professional mühitin yaradılmasıdır.


 


Qeyd etmək lazımdır ki, “Coca-Cola” şirkəti 2020-ci ilə kimi bütün dünyada 5 mln. qadın sahibkarın iqtisadi imkanlarının genişləndirilməsi və inkişafına yönəlmiş “5by20” Proqramını həyata keçirir. Bu proqram qadınların bazarda üzləşdiyi ümumi maneələrinin müəyyən olunmasına, eləcədə biznes qurmaq üçün lazımi təlim və bacarıqlarının öyrədilməsinə yönəlib. “Coca-Cola” şirkəti qadın sahibkarların ehtiyaclarını ödəmək üçün və “5by20” Proqramını həyata keçirmək üçün ayrı-ayrı ölkələrdə hökumət, vətəndaş cəmiyyəti və digər şirkətlər ilə sıx əməkdaşlıq edir.


 


“Ümumdünya Qadın Sahibkarlığı Günü”nün Azərbaycanda keçirilməsi bu sahəyə verilən dəstək və maraqdan irəli gəlir. Tədbirin mahiyyəti gəncləri sahibkarlıq fəaliyyətinə cəlb etmək, onları şəxsi bizneslərinə başlamaq üçün təcrübəli biznesmenlərlə fikir və bilik mübadiləsini təşkil etməkdən ibarətdir. Qeyd edək ki, tədbir çərçivəsində qadın sahibkarlığının inkişafı ilə bağlı formalaşdırılan təkliflər paketi müvafiq dövlət orqanlara təqdim ediləcək. Qeyd edək ki, “Qlobal Sahibkarlıq Həftəsi” çərçivəsində dünyada hər il 140 ölkədə 10 mln. şəxsin iştirakı ilə 20 mindən artıq tədbir və aksiyalar həyata keçirilir.


 


Xatırladaq ki, “YouthInc” proqramı gənc sahibkarların təşəbbüslərinin dəstəklənməsi əsasında gənc sahibkarlığın inkişafına xidmət edir. Ümumiyyətlə, “Coca-Cola” şirkətinin əsas məqsədlərindən biri Azərbaycanda gənclərin sahibkarlıq potensialına imkan yaratmaqdır. “Coca-Cola” öz resurslarından yerli icmaların inkişafına investisiya yatırır.


 


DVC İctimai Birliyi 1998-ci ildən fəaliyyət göstərir və Azərbaycanın 45 regionunda 33 000 üzvü əhatə edir. DVC Azərbaycanda gənc sahibkarlara dəstək və Biznes İnkubatorların yaradılması proqramı «YouthInc»in müəllifidir. Proqramın  inkişafı çərçivəsində təşkilat AmCham  (Amerika-Azərbaycan ticarət palatası), JEUNE (Avropa Gənc Sahibkarlar Asosiasiyası) və NBİA  (Milli Biznes-İnkubatorlar Asosiyasiyası) tam hüquqlu üzvü olmuşdur.


 


“Coca Cola” şirkəti haqqında:                                                                                                                     


 


“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət istehlakçılara 500-dən yuxarı qazlı və qazsız sərinləşdirici içkilər brendlərini təqdim edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli və tanınmış brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 17 mlrd. ABŞ dolları olan brendlər daxildir: “DietCoke”, “Fanta”, “Sprite”, “Coca-ColaZero”, “vitaminwater”, “Powerade”, “MinuteMaid”, “Simply” və “Georgia Coffee”. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər.


 


“Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com


Bizi eləcə də “Twitter”də twitter.com/CocaColaCo,


bizim blogda, Coca-Cola Unbottled, 


www.coca-colablog.com saytında


“LinkedIn”də www.linkedin.com/company/the-coca-cola-company izləyə bilərsiniz.