“Business Insight” araşdırma qrupunun keçirdiyi rəy sorğusu nəticəsində “Bank of Baku” Azərbaycanın ən populyar bankı, Bolkart taksit kartı isə ən çox istifadə edilən kredit kartı olduğu müəyyən edilib.
Paytaxt Bakı və ölkə regionlarında mindən çox respondent arasında keçirilən sorğuda “Bank of Baku” şəriksiz lider olub. “Krediti hansı bankdan almısınız?” sualına cavab verənlərin 38%-i “Bank of Baku”nun adını çəkib.
Bu, banklar arasında ən yüksək nəticə olub. Taksit kartlarına dair keçirilən sorğuda isə Bolkart 61,3%-lə birinci yerdə qərarlaşıb. Beləliklə, “Bank of Baku” və Bolkart rəyi soruşulanların əksəriyyətinin simpatiyasını qazanıblar. Keçirilmiş sorğuda əksər yerli banklar və bank məhsulları iştirak edib.