“Rolls-Royce Motor Cars” şirkəti bütün modelləri üçün “Bespoke” ilk sifariş kolleksiyasını təqdim edib. Səmada ən parlaq bürclərdən biri – Suhaildən ilhamlanan “Suhail Kolleksiyası” ilk dəfə “Phantom”, “PhantomCoupe”, “Ghost” və “Wraith” modellərində təqdim olunacaq.
Rəvayətə görə, Suhail və onun işığı “Optika kitabı” (“Kitab əl-Mənazir”) ilə məşhurlaşan X əsrin ərəb riyazıyyatçısı, astronomu və fiziki İbn əl-Həytamı ilhamlandırıb.
“İbn əl-Həytam elmi nailiyyətləri elm tarixində dönüş nöqtəsini təşkil etmiş görkəmli ilk kəşf edənlərdən olub. Biz Suhail bürcünün Şərq və Qərb elminə təsirini nəzərə alaraq düşündük ki, o,xüsusi “Bespoke” kolleksiyası üçün mükəmməl ilham mənbəyi ola bilər”, deyə - “Rolls-Royce Motor Cars” şirkətinin baş icraçı direktoru Torsten Müller-Ötvös bildirib. “Suhail Kolleksiyası”na “Phantom”, “Phantom Coupe”, “Ghost” və “Wraith” daxildir ki, bu modellər gecələr ulduzların parıltısını xatırladan, mirvari rəngli kuzov, unikal ay daşı, Suhailvə “Turchese Bluecoachline” emblemləri, həmçinin Suhail bürcünü görmək mümkün olan gecə səması rəngli çalarlar vasitəsi ilə fərdiləşdirilib.
Rəng sxemi tünd göy rəngli panel və xalçalarla haşiyələnmiş “Turchese” aksentli “CremeLight” dərisini özündə birləşdirir və avtomobilin salonunda davam edir. Suhair bürcünün emblemi də xüsusi üsulla “AshBurr” ağac panelində əks olunub. “Phantom” və “Wraith” modellərindədə “Starlight Headliner” mövcuddur, saatın siferblatında isə üzərində isəKiçik və Böyük Ayı bürcləri əks olunub. 2014-cü il “Roll-Royce Bespoke”üçün vacibil olub. Belə ki, cari ildə “Pinnacle Travel”, “Waterspeed”, “Metropolitan” və “Maharajah” modelləridə daxil olmaqla bir çox kolleksiya avtomobillər istehsal olunub. Bu ilin Sentyabr ayında dünya üzrə təxminə hər bir “Phantom” modeli, “Wraith” modelinin 90%-i, ”Ghost”un isə 80%-i müştərilərin sifarişi ilə eksklüziv dizayn elementlərilə yığılıb.
Xatırladaq ki, xüsusi “Bespoke” xidməti çərçivəsində müştərilər sifariş proqramı vasitəsilə öz fərdi “Rolls-Royce” avtomobillərini yığa bilir. Proqram 44 mindən artıq rəng palitrası və geniş dəri spektrinə malikdir. Bütün press-relizlərimiz, fotoşəkillərimiz və yüksək həcmli video çarxlarımızla bizim veb-səhifəmizin “Press Club”unda tanış ola bilərsiniz. Eyni zamanda, Siz“Rolls-Royce Motor Cars” komandasıilə “Twitter”də əlaqə yarada bilərsiniz.
“ImprotexMotors” haqqında:
“Improtex” Şirkətlər Groupunun tərkib hissələrindən biri “İmprotexMotors” MMM-dir. Əsas fəaliyyəti premiumsinfli avtomobilləri ilə bağlı olan “ImprotexMotors” MMM 1998-ci ildə yaradılaraq, peşəkar və keyfiyyətli işi sayəsində ölkənin avtomobil bazarında ən etibarlı və hörmətli tərəfdaş adını qazanmışdır. “ImprotexMotors” şirkəti BMW, Rolls-Royce, MINI, “Alpina” və BMW motosikllərinin rəsmi idxalçısıdır və qeyd edilən brendlərin yeni model sırasını Azərbaycan avtomobil bazarında layiqincə təqdim edir.
Hər yeni təqdimat təmtəraqlı şəkildə qeyd edilir. Hal-hazırda, şirkətin yeni avadanlıqlarla təchiz olunan və bütün müasir standartlara tam cavab verən 4 sərgi-satış salonu və servis mərkəzi vardır. Azərbaycan avtomobil sektorunda qabaqcıl şirkətlərindən biri olan və 16 ildən artıq fəaliyyət göstərən “ImprotexMotors”, Azərbaycan avtomobil bazarında özünü etibarlı və nüfuzlu şirkət kimi ifadə edərək, uzunmüddətli peşəkar fəaliyyəti sayəsində müştərilərin etibarını və hörmətini qazanmışdır.