Bəzən, aeroportlarda, qeydiyyat, zamanı, digər sərnişinlərin pasportlarının üz qabığına nəzər yetirməyə başlayırıq. Bu həm maraqdan həm də vaxt öldürməkdən irəli baş verir.
Baxan kimi hansı sərnişinin hansı ölkədən olduğunu dərhal anlayırıq. “Jeyhun İmanov Studio” pasport qeydiyyatı zamanı, vaxt keçirməni daha da maraqlı etməyi qərara gəldi.
Bu məqsədlə “JİS”in komandası kreativ və qeyri-adi pasport üz qabıqlarını hazırladı. Pasportların üzərində heç vaxt mövcud olmayan və minilliklər öncə məhv olan ölkələrin adları simvolları ilə birgə təsvir olunub.