Dekabrın 29-da Niderlandda Avropada Gənc Azərbaycanlı Mütəxəssislərin Assosiasiyası tərəfindən Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ilə bağlı tədbir keçirilib.
Tədbirdə Niderlandda təhsil alan azərbaycanlı gənclərlə yanaşı, Avropa Parlamentində və digər beynəlxalq qurumlarda təcrübə keçən gənclər, eləcə də Rotterdam Universitetinin nümayəndələri, yerli iş adamları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə həmçinin Avropa Parlamentinin sabiq üzvü, “Yaşıllar Partiyası”ndan seçilmiş ilk avroparlamentari Frank Şvalba-Hot da iştirak edib. Görüş zamanı azərbaycanlı gənclər və qonaqlar yaxından tanış olmaq, Niderlandda təhsil və iş təcrübəsi ilə bağlı fikirlərini paylaşmaq imkanı qazanıblar. Qeyd edək ki, ziyafət “ARDNŞ”nin sponsorluğu ilə baş tutub.