Azərbaycan Təhsil Nazirliyi, Milli Təhsil Texnologiyaları Mərkəzi və “Coca-Cola” şirkəti “Sağlam təhsil – sağlam millət” birgə layihəsinin icrasını davam etdirir. Fəal və sağlam həyat tərzi daha xoşbəxt yaşamağa gətirib çıxarır və bu, bütün cəmiyyətin xeyir götürə biləcəyi bir şeydir.



“Coca-Cola”nın prioritet istiqamətlərindən biri insanları fəal və sağlam həyat tərzinə təşviq etməklə, dayanıqlı cəmiyyətin yaratmasıdır. Məhz bu səbəbdən “Coca-Cola” hər bir ölkədə müxtəlif fiziki proqram və layihələr vasitəsilə insanlara daha aktiv olmaq və sağlam həyat tərzi sürməyə yardım edir.



O baxımdan ki, biznes yalnız dayanıqlı cəmiyyətlərdə dayanıqlı ola bilər. Fiziki sağlamlıq cəmiyyətin dayanıqlı inkişafının əsas təməlindən biridir. “Sağlam təhsil – sağlam millət” layihəsi çərçivəsində artıq tədrisin məktəblilərin fiziologiyasına təsirinə dair tədqiqatlar aparılıb. Monitorinqlər hərəsi 1,5 ay müddətində iki mərhələdən ibarət olub və Bakının beş və Sumqayıtın bir orta məktəbində, təxminən 6 minə yaxın ibtidai, V və X-XI sinif şagirdləri arasında təşkil olunub. Monitorinqlər nəticəsində məlum olub ki, məktəblilərin fiziki vəziyyəti tədris ilinin sonuna pisləşir.



Belə ki, əgər tədris ilinin əvvəlində ibtidai sinif şagirdlərinin 18%-i onurğa əyriliyindən əziyyət çəkirdisə, tədris ilinin sonunda bu göstərici 15 faiz bəndi artaraq 33% təşkil edib. Onurğa əyriliyindən tədris ilinin əvvəlində V sinif şagirdləri arasında 23,7%-i əziyyət çəkib, ilin sonunda isə bu göstərici artıq 39,5%-ə çatmışdı. Ötən ilin oktyabr ayında analoji problemdən X-XI sinif şagirdlərinin 26,6%-i, may ayında isə 33,5%-i əziyyət çəkib. Monitorinqlər göstərib ki, məktəblilərin ümumi fiziki inkişafı da tədris ili ərzində pisləşir. Bundan başqa, bütün yaş kateqoriyasında oğlanlarda, həmçinin X-XI sinif qızlarında tədris ili boyunca artıq çəki əmələ gəlir.



İbtidai və V siniflərin qızların çəkisi isə əksinə olaraq azalır. Tədqiqatlar onu da müəyyən edib ki, tədris ili ərzində məktəblilərdə görmə problemləri də üzə çıxır. Əgər oktyabrda məktəblilərin 25,1%-i bu problemdən əziyyət çəkirdisə, tədris ilinin sonunda analoji problemlə məktəblilərin 29,3%-i üzləşib. Monitorinqin üçüncü mərhələsi cari ilin yanvar ayında keçiriləcək. Ümumiyyətlə, layihə çərçivəsində müxtəlif məktəblərdə, müxtəlif yaş qruplarında 10 000 məktəbli arasında keçiriləcək tibbi, gigiyenik, psixoloji və pedaqoji monitorinqlər üzrə hesabatların hazırlanması planlaşdırılır.



Bundan başqa, layihə çərçivəsində Bakı və Sumqayıtın 6 ümumtəhsil məktəblərində “Sağlam təhsil sinfi” yaradılıb ki, bu siniflər artıq fəaliyyət göstərir. “Sağlam təhsil sinfi”ndə tədris hərəkətdə təlim şəraitində həyata keçirilir. Şagird masaları həm qismən oturaraq, həm də ayaqüstə çalışmaq imkanı yaradır. Bu masaları hazırda istifadə edilən məktəb masalarındanfərqləndirən ən mühüm cəhət onların səthinin nisbətən maili olmasıdır. Belə maililik şagirdin vizual dərketməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Sinif otaqlarındakı digər avadanlıqlar da layihəyə uyğun hazırlanaraq yerləşdirilib.



Gələcəkdə analoji siniflər ölkənin digər məktəblərində də açılacaq. Qeyd etmək lazımdır ki, “Sağlam təhsil-sağlam millət” layihəsinin məqsədi təhsilalanların təlim nailiyyətlərini yüksəltməklə yanaşı, tədris şəraitindən irəli gələn hərəkət məhdudiyyətini və digər amilləri aradan qaldırmaq, onların sağlamlığını qorumaqdan ibarətdir. Bütün bunlar nəticədə sağlam Azərbaycan vətəndaşının yetişdirilməsinə xidmət edir. Layihəyə başlamazdan əvvəl uşaqların sağlamlığı baxımından respublikada mövcud vəziyyət öyrənilib, dünyanın qabaqcıl təhsil təcrübəsi araşdırılıb.



ABŞ, Avropa Birliyi, Yaponiya, Finlandiya, Rusiya və Ukraynada aparılan işlər təhlil edilib. Rusiya Uşaqların Sağlamlığı Naminə Birliyinin rəhbəri Vladimir Bazarnının təhsilalanların sağlamlığının qorunması istiqamətində 35 illik təcrübəsi xüsusilə diqqət cəlb edib, alim ölkəyə dəvət olunub. Bununla yanaşı, 2014-cü ilin sentyabrında Milli Təhsil Texnologiyaları Mərkəzinin təşkilatçılığı ilə Bakının ümumtəhsil məktəblərinin direktorları, psixoloqları və tibbi heyəti, fiziki tərbiyə və “Sağlam təhsil sinfi” müəllimləri üçün seminarlar keçirilib. Layihə Azərbaycan Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin dəstəyi ilə həyata keçirilir.



“CocaCola” şirkəti haqqında:



“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli və tanınmış brend kimi qəbul edilib. Onun portfoliosuna dəyəri 17 mlrd. ABŞ dolları olan brendlər daxildir: “DietCoke”, “Fanta”, “Sprite”, “Coca-ColaZero”, “vitaminwater”, “Powerade”, “MinuteMaid”, “Simply” və “GeorgiaCoffee”. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər.



“Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com və ya “Twitter” www.twitter.com/CocaColaCo, www.coca-colablog.com səhifəsində “Coca-ColaUnbottled” bloqunda və “LinkedIn”də www.linkedin.com/company/the-coca-cola-company izləyin.