Bazar şəraitindən asılı olmayaraq, təcrübəli və savadlı sərmayəçilər daim öz kapitallarının qorunub saxlanması, daha da artırılması üçün yeni vasitə və imkanlar axtarırlar. Bu məsələ investorların öz gəlirlərini artırmaq məqsədilə istifadə etdikləri aktivlərlə münasibətdə xüsusilə zəruridir.



İnvestorlar aktivlərin idarə olunması ilə bazarlarda olan yüksəliş və enmələrdən yararlanmaq, brokerlərə müraciət zamanı ödənən komissiya haqqlarını azaltmaq üçün müxtəlif üsul və vasitələr tətbiq edirlər.



“Saxo Bank”ın Şərqi və Mərkəzi Avropa üzrə direktoru Emmanuil Lemonakisin (Emmanouil Lemonakis) sözlərinə görə, bu cür maliyyə vasitələrindən biri son on il ərzində geniş yayılmış Qiymət Fərqinə dair Müqavilədir (Contract for Difference/CFD). Bu cür müqavilələr investorlara baza aktivinə malik olmadan sövdələşmələrdə iştirak etməyə imkan verir. Başqa sözlə desək, CFD vasitəsilə həyata keçirilən əməliyyatlarda investor əsas maliyyə alətləri olmadan, səhm, məzənnə, əmtəə və ya indekslərin qiymət dəyişməsini öncədən müəyyən etməklə mənfəət əldə edə bilir.



CFD müqavilələri treyderlərə daha az xərclə, artan (uzun mövqe) və ya enən qiymətlərdən (qısa mövqe) əsas maliyyə alətləri vasitəsilə faydalanmaq imkanı verir. E.Lemonakis hesab edir ki, CFD müqavilələri bazarın inkişaf perspektivləri ilə bağlı investorun öz rəyinəəsasən, uzun və ya qısa mövqelərdə (go long/go short) çıxış etmək üçün seçim imkanı yaradır ki,bu da əksər investorlar üçün həlledici amillərdən biridir. Əgər investor uzun mövqedə çıxış edir və CFD əldə edirsə, bu baza kapitalının alınmasında öz əksini tapır və səhm kimi baza aktivinin qiymət artımı nəticəsində investor gəlir əldə edə bilər.



Eyni qayda ilə, qısa mövqedə çıxış edərək CFD müqavilələrinin satışı ilə müəyyən səhmlərə olan qiymətlərin və ya bütövlükdə bazar qiymətlərinin aşağı düşməsindən mənfəət əldə etmək olar. Bir sıra investorlar portfel hecləşdirilməsində bu texnikadan istifadə edirlər: məsələn, səhmlərin 80%-i uzun mövqedə olduğu halda, fond bazarında baş verəcək mümkün tənəzzüldənsığortalanmaq üçün səhmlərin 20%-ni qısa mövqedə saxlayır. “Adətən marjaya olan tələb aşağı göstərici sayılan 2%-dən başladığı halda, CFD müqavilələri ilə sövdələşmədə kredit təklifinin yuxarı həddə olması,bu cür sövdələşmələrin daha bir üstün cəhətini təşkil edir.



Başqa sözlə desək, məhsuldarlığın əldə olunması üçün aktivlərin alınması ilə müqayisədə daha az vəsait tələb olunacaq. “CFD”nin digər cəlbedici tərəfi bu cür müqavilələrin yalnız səhmlər üçün deyil, həm də əmtəə, istiqraz, valyuta və qlobal indekslərə əsaslanan qiymət fərqlərinə dair tərtib oluna bilməsidir. Bunların sayəsində, CFD sektoru investorlar arasında daha da geniş vüsət alır. CFD müqavilələri əsasən vahid platformada təqdim olunur və artıq yeni nəsil innovasiyalı onlayn ticarət platformasının özünəməxsus maliyyə alətinə çevrilib”, - deyə E. Lemonakis qeyd etmişdir. Strategiya baxımından CFD bazarı qısa satış qaydaları ilə məhdudlaşmır və burada baza aktivləri investorun mülkiyyətində olmadığından kreditlər üzrə çəkilən xərclərdən söhbət belə gedə bilməz.



İnvestorlar yalnız spredlərə, yəni “ask” və “bid” arasındakı fərqə görə xərc çəkməli olurlar. Bu dasövdələşmələrdə aktiv iştirak edən brokerlər üçün ənənəvi olaraq tutulan komissiya haqqlarının fonunda daha da cəlbedici görsənir. CFD vasitəsilə əməliyyatlar böyük miqdarda mənfəət əldə etmək imkanı verir. Ancaq qeyd etmək lazımdır ki, CFD əməliyyatlarında itkilər kredit vəsaitlərinə əsaslanan digər aşağı səviyyəli alətlərlə müqayisədə daha yüksək ola bilər. CFD brokerlərinin əksəriyyəti ənənəvi brokerlərin yararlandığı əmr (“order”) tiplərini təklif edir ki, bunlara dayanma (“stop order”), limit (“limit order”) və şərti (“contingent order”) sifarişlər aiddir.



Lakin bununla yanaşı, investorlar digər ticarət vasitələrində olduğu kimi, kompleks yoxlamalar və investisiya analizini unutmadan, diqqətlə sövdələşmə aparmalıdırlar. Hər hansı bir maliyyə alətinin istifadəsi zamanı, investorlar məhsulun tədqiq edilməsi üçün bütün lazımi tədbirləri həyata keçirməli, bu və ya digər alətin müsbət və mənfi cəhətlərini tam şəkildə müəyyən etməlidirlər. Bu məsələ yanvarda qarşılaşdığımızqeyri-stabil bazar mühitində xüsusi əhəmiyyət kəsb edir. ”Saxo Bank investorların formalaşmasına çox ciddi yanaşır və biz müştərilərimizin dünya bazarının təklif etdiyi imkanlardan tam yararlanmalarını təmin etməklə, onlar üçün uzunmüddətli fəaliyyət platforması formalaşdırmaq naminə səy göstəririk”, - deyə E.Lemonakis bildirib.



“Saxo Bank” haqqında:



“Saxo Bank” özəl investor və korporativ müştərilərə ticarət üçün xidmətlər və investisiya strategiyasının tam spektrini təklif edən və multi-aktivlərin və investisiyaların online ticarəti ilə məşğul olan aparıcı peşəkar təşkilatdır. Onun TradingFloor.com maliyyəictimaiportalı multi-aktivlərin online ticarətiüçün ilk sosial platformadır. Avropada tam lisenziyaya malik olan ”Saxo Bank” müştərilərinə kompüter, planşet və smartfonlarda vahid akkauntla 20 dildə əlçatan olan və mükafata layiq görülmüş ” SaxoTrader” platforması vasitəsilə FX, CFDs, ETFs, ”Stocks”, ”Futures”, ”Options” və s. platformalarda ticarət aparmaq imkanını yaradır.



Sözügedən platformanı dünya üzrə 100-dən çox maliyyə təşkilatı bəyənib. ”Saxo Bank” ənənəvi bank xidmətləri ilə yanaşı ”Saxo Privat bank” vasitəsilə peşəkar portfolio və pulvasitələri menecmentini də təklif edir. 1992-ci ildə təsis edilmiş “SaxoBank”ın baş ofisi Kopenhagendə yerləşir. Bundan başqa, bankın Avropa, Asiya, Yaxın Şərq, Latın Amerikası, Afrika və Avstraliya da daxil olmaqla 26-dan çox ölkədə ofisləri fəaliyyət göstərir.