Təlimin vaxtı: 28 Aprel saat 09:30


Təlimin yeri: Modern oteli, Mirəli Qaşqay küçəsi 100


Məlumat: Ozan Kuşçu Türkiyənin Garanti bankında "Yenidən Yapılanma projesində" iştirak etmiş, Kurumsal Bankacılıq Satış koordinasyonu yönəticisi vəzifəsində çalışmış, 2001-ci ilin böhranında Garanti Bankının portfoliosunda olan şirkətlərə maliyyə müşaviri olmuş, özünün həmtəsisçisi olduğu “Nar eğitim” layihəsini yaratmışdır. Phd. VVhyatt Vvoodsmall-ın tələbəsi olan Ozan Kuşçu, Marmara Universiteti İşlətmə fakultəsi, Yeditepe Universiteti MBA, Maliyyə məzunu olmuş, Belçikada “Management Center Europe”-dən “Advanced Selling Skills”, İngiltərədə Cranfield School of Management-də “Vital Business Update” təhsili almışdır.



Mövzular:



- Türkiyədə 2001-ci il böhranı və böhran həlləri


- Uzaq Şərq, 2008-ci il böhranı və həlləri


- Devalvasiya və təsirləri


- Böhranda AİKİDO; uyğunluq və idarəetmə


- Azalan tələb dövründə fürsətlərin dəyərləndirilməsi və satış həcminin artırılması


- Böhran zamanı şirkətdə təməlin möhkəmləndirilməsi və gələcəyə hazırlanma



Təlimdə:



- Azərbaycan bazarında yaranan dəyişiklikləri daha dolğun təhlil edərək,


- Devalvasiya və azalan xərclər dövründə satışın inkişaf istiqaməti bəlirləyərək


- Böhran zamanı yaranmış fürsətləri dəyərləndirərək, lazımi tədbirlər planı hazırlayaraq


- Türkiyə və dünya təcrübəsini təhlil edib, uğurlu marketinq həllərini aydınlaşdıraraq, şirkətinizin böhrandan daha qüvvətli çıxmasını təmin edəcəksiniz.



Məqsədli auditoriya:



- Şirkət rəhbərləri, biznes sahibləri


- Satış, Marketinq, Maliyyə riskləri üzrə mütəxəssislər



Qeyd edək ki, Ozan Kuşçu Azərbaycanda ilk dəfə 2014-cü il təlim keçirmişdir. 300-dən çox aparıcı şirkət mütəxəssislərinin iştirak etdiyi təlim müvəffəqiyyətlə başa çatmışdır.



Biletin qiyməti: 80AZN


Son qeydiyyat tarixi: 25.04.2015


Təlim haqqında daha ətraflı məlumat: 0705504695