Deyəsən yeni marketinq planı şablonlarının axının axırı yoxdur. Google-da “marketing plan” üzrə axtarış mənə 215,000,000 nəticə verdi. Əksər marketinq planlarının problem onların çox uzun olmasıdır. Adətən onlar şirkətiniz və ya biznes mühit və şəraiti barədə doldurulmalı cədvələ oxşayır.



Mən əsas məzmundan qabaq 30 səhifədən ibarət olan şablonlarla işləmişəm. Belə şablonları doldurarkən bütün suallara cavab verəndə axırda 100 səhifədən çox marketinq planı alınır. Bu yaxınlarda yanıma bir konsaltinq şirkəti gəldi və onların “cəmi” 70 səhifəlik şablondan istifadə etməyimi təklif etdilər. Yəgin ki, mənim bundan imtina etdiyimi deməyə ehtiyac yoxdur.


Kelli Odell



Bu fakt özümə də maraqlı gəldi və mən "Google"da 3 dildə axtarış verəndə aşağıdakı nəticələr ilə rastlaşdım:



Marketing plan – 142,000,000
Маркетинговый план – 384,000
Marketinq planı – 285,000



Biz, yəni marketinqlə əlaqəli olan şəxslər (şirkət rəhbərləri, marketinq şöbəsinin işçiləri, biznes konsultantlar, işə düzələnlər, biznes fakultələrində oxuyan tələbələr) vaxtaşırı marketinq planı ilə rastlaşırıq: yeni məhsul və ya xidmət buraxılır, illik plan qurulur, referat yazılmalıdır, işə düzələndə keys verdilər və s. Bəs bu qədər şablondan hansını seçmək lazımdır? Ən əsası hansı şablon daha faydalı və bizim hədəflərimizə çatmağa imkan verəcək? Bunun cavabı olaraq Sizə Kelli Odellın 2006-cı ildə yazılan "Dünyanın ən qısa marketinq planı"nı göstərmək istəyirəm:





Bu şablonu başa düşəndən sonra doldurmaq çətin deyil:




Bu şablonu aşağıdakı linkdən yükləyə bilərsiniz:
Dünyanın ən qısa marketin qplanı V1.0



Dünyanın ən qısa marketinq planı V2.0



Marketinq aləminin qurucularından sayılan Apple Computer şirkətinin ilk işçilərindən biri olan Qay Kavasaki Kelli Odellın planını modifikasiya edərək onun ikinci versiyanı təqdim etdi.



İki tərəfin icazəsi ilə mən onların fikirləri ilə "ilhamlandım" və Kelli marketinq planının 2.0 versiyasını yaratdım. Mən çox marketinq planları ilə rastlaşmışdım – onlardan 99.9% çox uzun idi. Bunun uzunluğu isə əksər məhsul və xidmət üçün idealdır.


Qay Kavasaki


Dünyanın ən qısa marketinq planı V2.0



Bu planlara uyğun olaraq bu yazımı da qısa etmək qərarına gəldim: minimum sözlər — maksimum məlumat. Ümid edirəm ki, bu fayllar Sizin işinizdə kömək olacaq.


Ənənəyə uyğun olaraq bir neçə kitabı tövsiyyə etmək istərdim:



"Революционный продукт. Как создать и вывести на рынок" Гай Кавасаки


"Правила Кавасаки. Жесткое руководство для тех, кто хочет оставить конкурентов позади" Гай Кавасаки



İşlərinizdə uğurlar!