İnternetdə, həmçin kitablarda, məqalələrdə Enşteynin bir deyiminə tez-tez rast gəlinir və bu uğurlu olmağın sirrlərindən, düsturlarından biri kimi paylaşılır daima. Bu deyimin doğruluq payı var, çoxdur və doğurdan da bir neçə kəlimə ilə çox əla izah edibdir müvəffəq olmağın yolunu fərqi yoxdur hansı sahə olursa - olsun. Amma doğru olduğu və çox praktik və düzgün bir düstur olduğu qədər də, sonu peşmalıq, təəssüf, dəyərsizlik, əldə etdiyi hər şeyə görə fayda verməyəcək heyfslənmələrə aparan bir düsturdur, məsləhətdir.




İndi bəlkə də, düşünürsünüz ki, İsmayıl sən kimsən ki, Enşteynin hansısa fikrində, deyimində səhf tapırsan. Səhf olduğunu iddia edirsən vəya tənqid edirsən. Mən də bilirəm ki mən Enşteynin uğurlarının, həmçinin insanlığa, elmə verdiyi töhfənin çox-çox cüzvi bir hissəsini etmişəm mən. Müqayisə olunmyacaq qədər fərq olduğunu bilirəm. Amma bu o demək deyil ki, heç nə deməməliyəm, ya da narahat olmalı, çəkinməli vəya qorxmalıyam hansısa fikri haqqında nəisə deməyi, üstəlik "inanmayın" kimi iddialı bir başlıqla məqalə yazıb paylaşmağı. İnsan olaraq heç kəs mütləq həqiqətlər deyəcək qədər müdrik deyil və həqiqətlər rezervinə çıxışı yoxdur və buna görə də hər kəs, və hər fikir tənqidə, müzakirəyə, testə açıqdır və bunu etməkdə mütləqdir inkişaf və daha doğrunu tapmaq üçün. Hələ indiki informasya kirliliyinin işğal etdiyi bir zamanda bu həmişə olduğundan daha da həyatidir. Son iki-üç ay yazdığım, danışdığım, videolarla paylaşdığım fikirlərlə bağlı çox tənqidlər alıram. Bu mənim üçün problem deyil, problem olan sadəcə bir məsələ var və bu məni ən çox üzən səbəbdir həm də.



Hansısa populyar və illərdir, onilliklərdir təkrarlanan və qəbul olunmuş bir fikri, inancı tənqid edəndə aldığım əks fikirlərin bəziləri sadəcə reaksiyadır. Rekasiyadan demək istədiyimsə, çox üzücü olandır, yəni illərdir biz belə eşitmişik, inanmışıq sən indi əksini deyirsən hətta bütün dünya bunu belə qəbul edibdir necə mümkündür ki sən əks fikir səsləndirirsən? Amma bir şeydən əminəm ki, hansısa bir amerkalı, avropalı, yapon və.s bu fikirlərdən hansınısa desə insanların reaksiyaları başqa olardı. Biz inanmırıq hələdə özümüzə və qəbul edə bilmirik ki, bir Azərbaycanlı necə olur dünyanın illərdir danışdığı, qəbul etdiyi bir fikri tənqid edir. Çünki öyrəşmişik “recycle” (kitablardan, məqalələrdən, təlimlərdən öyrənilən bilgilərin kopyalanıb eynilə mütləq həqiqət olaraq çatdırılmasını nəzərdə tuturam bu ifadə ilə) yazılar oxumağa, çıxışlar dinləməyə. Bu normaldır çünki biz çox şahid olmamışıq təəssüf ki, hansısa Azərbaycanlının hərhansı bir sahədə dünyada qəbul olunmuş bir mövzunu sorğulamasını, və bu mövzu ilə bağlı zehinləri meydan oxuyub dəyişməyə vadar etməsini.



Yazılanları oxuyuram və görürəm internetdə və əminliklə deyirəm ki, adına aydın deyənlərin əksəriyyəti səviyyəsiz və gəncliyə cəmiyyətə zərrə faydası olmayan mövzularda yazıb danışırlar. İnanmırsınızsa seçilən başlıqlara baxın heç oxumadan sadəcə reytinq, məşhurluq xatırınə yazıldığını hiss edəcəksiniz Səviyyəsiz mövzular və qiybətdir cəmiyyət üçün yazıldığı iddia edilən yazılan yazıların əksəriyyəti. Mənim dərdim populyarlıq, reytinq və alqış qazanmaq deyil çünki ehtiyacım yoxdur buna və həmçinin tənqiddə qorxutmur və buna görə də sırf faydalı oalcağını düşündüklərimi yazıb, danışıb paylaşıram. Bu məqalədən sonra yazacağım bir neçə məqalələrin mövzusu da, illərdir həryerdə qəbul olunmuş və kopyalana-kopyalana təkrarlanan bir neçə fikrin, inancın sorğulanması olacaqdır. Məhz bu səbəbdən ilk bu məqaləni yazmağa qərar verdim və bir növ oxuyucularda ilkin hazırlıq niyyəti ilə bu cür başladım. Əslində isə ardıcıllıq başqa cür idi. Mən öz sahəmlə bağlı yazacağam və Enşteynə niyə inanmayın demədən öncə bir önəmli, çox önəmli şey paylaşacağam sizinlə.



Mən öz sahəmdə dünya səviyyəli ekspert olaraq tanınan bugünə kimi yaşamış və indi də yaşamaqda olan hərkəsi araşdırmışam, oxuyuram və buna hələ də və hər gün davam etməkdəyəm. Bu insanlar karyeralarında zirvəyə çıxdıqdan sonra əvvəllər haqqında heç danışmadığı məsələlərdən danışır və onun önəmini vurğulayırlar. Amma bunu artıq hədəfə çatdıqdan sonra edirlər. Dəyərlər haqqında danışırlar. Hansılarki indiki iş dünyasında yüksəlmək üçün fəda etmək tələb olunur dəfələrnən və hər insan da buna yox deyə bilmir. Bu dəyərləri də bir-bir sıralamayacağam. Çünki insandan-insana dəyişir və çoxdurlar amma ümumi olaraq bu dəyərlər ailə, xarakter və dinlə balı olurlar. İndi nəyə görə inanmayın deyirəm, çünki Enşteyn bir deyimində deyir ki, “Oyunun qaydalarını öyrənmək məcburiyyətindəsiniz, bu halda hərkəsdən daha yaxşı oynaya bilərsiniz.” Bunu təbliğ edirlər ki, oyunun qaydalarını öyrənin və qaydalara görə davranın, oynayın, işləyin bu halda hərkəsdən daha uğurlu olacaqsınız.



Eyni bunu deyən insanlar həm də, insanlıqdan, xarakterdən, doğruluqdan digər insanlara qarşı vicdanlı olmaqdan danışırlar baxırsan həm də. Amma tez-tez bizə hərbirimizə imkanlar təklif olunur irəliləmək və istədiklərimizə çatmaq üçün. Bura ofisdə növbəti vəzifəyə keçmək, biznesini başlamaq, daha çox müştəri qazanmaq, məşhurluq qazanmaq və bir çox bənzər cəzbedici nəticələr daxildir. Əminəm ki, bu yazını oxuyan hər kəs, bu cür hallarla və təkliflərlə qarşılaşıbdır, və bu cür təkliflərlə irəli gedən insanlar tanıyıbdır həmçinin bu cür hallarda yox deyə billəcək qədər prinsip sahibi insanlarda tanıyıbdırlar.Mən də rastlaşmışam, çox təkliflər almışam hansılar ki çox cəzb edici olur çünki illərdir çalışıb əldə etmək istədiyini sənə daha asan və daha qısa zamanda mütləq təmin edir və buna görə də “yox” deyə bilmək çətin olur. Səmimi deyim qəbul etməyi də isdəmişəm bu təkliflərdən bəzilərini həta. İndi deyirsiniz ki, bu bugünün reallığı, olmazsa-olmazıdır. Razıyam çox hallarda belədir. Bu Enşteynın dediyi düstursa çox əla işə yarayır bu hallarda, və bundan daha yaxşı deyilə də bilməzdi hərhalda.



Amma bu son mənzili çox heyiflər , keşkələr olan bir yoldur. Çünki uğurlu olmaq önəmli olduğu qədər, doyum, rahatlıq, keçmişində narahatedici heçnəyin olmamasından qaynaqlalnan hüzurlu yaşamaq tamam başqadır. Qısacası alnı açıq üzü ağ uğur qazanmaq. (Bugünün populyar mövzularından olan "Authentic Leadership.") Əsl güclü, xoşbəxt və uğurlu insan oyunun qaydalarını öyrənib onlara görə yaşayann yox. Qaydaları öyrənən amma onun prinsiplərinə, dəyərlərinə zidd olanlarla içindən yox deyə bilib, öz prinsipləri istiqamətində yaşayan və uğurlu olan insandır. Bütün qaydaları, içərisində olduğuumuz oyunun qaydalarını mütləq öyrənməliyik fərqi yox onlar yaxşıdır vəya pisdir amma o qaydalara görə oynayacaq və uğur qazanacaq qədər prinsipsiz, dəyərləri olmayan zəif insan olmamalıyıq, ətrafın qurbanı yox, prinsiplərimizin sərkərdəsi və onlara görə yaşayan bir lider olmalıyıq. Fərqi yoxdur bu düsturu hansı dahi, mütəfəkkir, filosof təklif etmiş olursa – olsun.



Gec və fayda verməyən bir heyfslənmədənsə, hədəflərinə biraz gec çatmaq amma heçnədən qorxmamaq, narahat olmamaq və hər gecə başını yastığa qoyarkən vicdanının susdurmağa çalışmağa ehtiyac hiss emtəyəcək qədər stressiz və rahat yaşamaq ən ali olan tərz, seçim və strategiyadır. İndi seçim sizindir və mənimdir ya bu çətin oyunda öz qaydaalrımıza görə oynayacaq və daim alnı açıq, üzü ağ olmanın hüzurunu nəfəs alıb-verəcəyik, yada daim narahatlıq, təşviş içində yaşayacağıq ki, hardasa oyunun qaydasına görə oynayıb etdiyimiz vicdansızlıq, yalan, xəyanət bilinəcək və həyatımız tərsinə dönəcək. Mən özümə də, sizzə də birinicini arzu edirəm.



https://www.facebook.com/ismailvaliyevfan
ismayilvaliyev@fas.harvard.edu