Marketinq elm yoxsa incəsənətdir? Əlbəttə, marketinq həm elmi (təhlil, tədqiqat, ölçülər, riyazi hesablamalar) həm də incəsənəti (dizayn, kreativ fikirlər, üslub) özündə birləşdirir. XIX əsrin axırlarında məşhur rus kimya alimi Dmitriy Mendeleev çətin məlumatlarının kompleksini daha asan qavranılması üçün bir cədvəldə cəmləşdirərək "Kimyavi elementlərin dövri sistemi"ni yaratdı. Bəzi ağıllı marketoloqlar bu dövri sisteminin konsepsiyasını götürərək göstərici və məlumatları visual və cəlbedici göstərilməsi üçün cədvəl elementlərini cürbəcür marketinq aktivliklətinə adaptasiya etdilər. Mən "Marketinq: elm və incəsənət" seriyasında Sizə marketinq üçün təkmilləşdirilmiş bir neçə belə cədvəli paylaşmaq istəyirəm.
Kontent-marketinqin dövri cədvəli
"eConsultancy" agentliyinin kontent üzrə direktor Kris Leyk (Chris Lake) ənənəvi Mendeleevin elementlər cədvəli ilə ilhamlanaraq kontent-marketinqi üçün oxşar bir sistemi yaratmağa qərara gəldi. Onun əməyin nəticəsi olaraq "eConsultancy"nin saytında yerləşdirilən "Kontent-marketinqin dövri cədvəli"dir.
Cədvəl 8 bölmədən ibarətdir:
Strategiya: Kontent-marketinqin fundamentidir. Biznes məqsədlərinizə uyğun seçilməlidir.
Format: mətn, video, şəkil və s.
Kontentin növü: təlim videoları, suallara cavab, icmallar, ekspertlərlə müsahibə və s.
Platformalar: sayt, social şəbəkələr, media və s.
Ölçülər: yükləmə sayı, baxışların sayı və s.
Məqsədlər: traffik, brendinq, satışvə s.
Triqqerlər: gülməli, maraqlı, şokedicivə s. kontentlər
Çeklist: yoxlama, optimizasiya və s.
Həmçinin, Kris Leykuğurlu kontent-marketinqi üçün 7 addımı təkli fedir:
Strategiyanızı planlaşdırın
İşlədiyiniz formatları seçin
Auditoriya üçün ən cəlbedici content növlərini seçin
Paylaşım üçün platformaları müəyyənləşdirin
Məqsədlərə uyğun effektivlik ölçüləri müəyyənləşdirin
Emosiyalar ilə işləməyi unutmayın
İşinizi həmişə iki dəfə yoxlayın
Əlbəttə, bu cədvəl bütün bu böyük və maraqlı mövzunu əhatə etmir. Cədvəl sadəcə orada göstərilən elementlərdən istifadə edərək Sizin öz kontent-marketinq strategiyasını qurmağa imkan verir. Şəxsən mən onu çap edib öz otağımda asmışam.
İşlərinizdə uğurlar!