Tanınmış politoloq Vәfa Quluzadә dünyasını dәyişdi. İstәr Qarabağla bağlı, istәrsә dә ölkәdә vә dünyada baş verәn siyasi proseslәrlә bağlı fikirlәrini әksәr ölkә vәtәndaşı maraqla izlәyirdi. Allah rәhmәt elәsin.Bu gün bir nәfәr yanımda dedi ki, Vәfa.. aa onun adı qadın adıdır ki. Hәmin adam bunu deyәndә mәn dә öz özümә dedim, "aa doğurdan haa..". Tәsәvvür eliyin? İndiyәdәk yüzlәrlә dәfә adını mәtbuatda oxumuşam, "TV"dә eşitmişәm, özüm dә dәfәlәrlә adını hallandırmışam.



Amma adının Vәfa olduğunun fәrqinә bu gün vardım. Qadın adlarının kişiyә qoyulmasının vә ya әksinә olmasının şahidi oluruq. Amma adәtәn bu hal insanın diqqәtini cәlb edir. Vәfa Quluzadә barәdә isә mәn heç zaman bunun fәrqinә varmamışam. Niyә? Çünki hәmin şәxsi mәn “Vәfa Quluzadә” olaraq tanımışam hәr zaman. O ad-soyad brend olub vә "Vәfa Quluzadә" deyәndә ordakı Vәfa sözü diqqәtimi cәlb etmәyib. Bu, insan üçün böyük uğurdur. Həmin insanın gördüyü işin böyüklüyündən xəbər verir.Şirkәtlәr üçün dә, düşünürәm ki, bu cürdür. Sәn, sәnin şirkәtin ortaya keyfiyyәtli iş qoyursansa insanlar ona önәm verir, onu qiymәtlәndirir. Sәnin adını qәbul etmәyә mәcbur olur vә ya yuxarıdakı misal kimi, sәnin/sәnin şirkәtinin adının mәnası arxa plana keçir. Mitsubishi – dünyada tanınan, sayılıb-seçilən avtomobil markalarındandı. Mitsubishi sözü yaponcada tәxminәn “üçbucaqlı romb” vә ya sadәcә “üçbucaq” mәnasını verir.



Tәsәvvür edin, avtomobil markası yaradırıq vә adını "Üçbucaq" qoyuruq. Gülmәli, qәribә sәslәnәr, elә deyil? Amma yaponlar bunu ediblәr vә tutuzdurublar. Avtomobili sevdirәndәn sonra adının mәnası o qәdәr dә әhәmiyyәt daşımır. Biz bazara buraxacağımız yeni telefon, kompüter markasını "alma" adlandırarıqmı? Yenә gülünc vә qәribә sәslәnәr. Amma indi heç kim "Apple"ın adına gülmür, әksinә onun haqda ağız dolusu danışır. Bәzәn yeni bir biznesә başladıqda adın seçilmәsi әn qәliz mәsәlәyә çevrilir vә xeyli vaxt alır. Adla bәrabәr domen adının seçilmәsi dә problemә çevrilir. Halbuki, işә başlayıb, ortaya konkret nәticә qoyulsa o ad arxa plana keçәcәk, diqqәti o qәdәr dә cәlb etmәyәcәk. Ad önəmli bir məvhumdur və görülən işə maksimum uyğun olmalıdır. Amma sən daha yaxşı ad seçim deyə aylarla işə başlamayacaqsansa…