Ötən həftə adın brendə çevrilməsi ilə bağlı "Vәfa Quluzadә”. Ad brend olduqdan sonra… adlı yazı yazmışdım. Dünən gördüm ki, "Yello Advertising Lab"ın həmtəsisçisi Namiq bəy yuxarıdakı yazıya münasibət bildirərək "Adını Qoydum" adlı yazı yazıb və yazısında ad seçməyin önəmindən bəhs edib. Bunun üçün ona təşəkkür edirəm. Əslində Namiq bəy mənim demək istədiklərimi daha ətraflı qeyd edib.



Sən qarşına məqsəd qoyub, başlatdığın işi qlobal brend edəcəm deyib, onu da edirsənsə, telefon markasının adını "Alma" yox, lap "Şaftalı" da qoysan o, brendə çevriləcək. Amma hər başladılan iş Apple qədər uğur qazanmır və xüsusən özünü sübut edənə, tanınana kimi adın, həmçinin loqonun, sloqanın əhəmiyyəti kifayət qədər böyük olur. Ad və Loqo şirkətin simasıdır. Bunlar şirkətin fəaliyyət sferasına, gördüyü işə nə qədər yaxın və uyğun olarsa müştərinin onu həzm etməsi bir o qədər rahat olur. Bəzi şirkətlər isə elə loqo/ad seçirlər ki, onu bir dəfə görən bir daha unutmur. Mənim xoşuma gələn, kreativliyini hər zaman nümunə götürdüyüm bir neçə loqonu burda qeyd etmişəm:



Sushi




Wave




Killed Production




Bison




Music Dog




More




8 Fish




Baby Noah




Fish




Boat




Ortaya bu cür işlər qoyulduqda adama "Əhsən!" demək düşür. Çünki bu cür loqolar (və ya ad, sloqan) müştərinin beyninə birdəfəlik həkk olur və həmin şirkət "müştəri ilə oyuna" 1-0 öndə başlayır. "Amerikan Marketinq Assosiasiyası"nın lüğətində qeyd edilir ki, brend – müştərinin gözündə canlanan şəkil və fikirlərin toplusudur (şirkətin adı, loqosu, sloqanı, dizaynı və s.). Bunlar uğurlu seçildikdə sonra isə şirkətin öhdəsinə düşən bir şey qalır: keyfiyyətli məhsul/xidmət təqdim etməklə 1-0 öndə olduğu "oyunu" qələbə ilə başa vurmaq.