Yaşıl quşdan. Hansı ki, iş uğurla başa çatanda yanına qoyulur haa...
– Bax bundan!
3-cü Marketinq Forumu haqda bir cümlə ilə bunu deyə bilərəm: Bax bu başqa məsələ! :)
Təşkilatçıları təbrik edirəm, bu dəfə həqiqətən də öncəkilərdən daha səviyyəli və faydalı bir forum izlədik. 1-ci və 2-ci Forumlarda həm texniki məsələlərlə, həm spikerlərlə, həm də digər məsələlərlə bağlı olan neqativ halları öz aramızda söhbələşərkən İlkin Manafovada, Anar Bayramova da, Rafiq Hunaltaya da bildirirdim, daha yaxşı olmaq üçün nələr etmək olar, nələri dəyişmək olar barədə müzakirələr edirdik.
Və budur, 3-cü Forumda biz texniki cəhətdən, demək olar ki, heç bir problemin şahidi olmadıq, spikerlərin dinamik və faydalı təqdimatlarını izlədik, moderatorların (xüsusən də Rəkam bəyin) positiv panel aparmalarının şahidi olduq, ən əsası, mütəxəssislərdən xeyli yeni şeylər öyrəndik. Panellər, xüsusən də 4-cü panel çox dinamik, aktiv, rəngarəng keçdi. Yalnız 5-ci panel digərləri ilə müqayisədə zəif təsir bağışladı, sanki spikerlər tam hazırlıqlı deyildi təqdimata. 6-cı panel haqda isə fikir bildirə bilməyəcəm, çünki önəmli bir görüşüm olduğundan 6-cı forum başlayanda oranı tərk etmək məcburiyyətində qaldım, təəssüf ki.
Amma izlədiklərimdən belə nəticəyə gəldim ki, Olimpə doğru böyük məsafə qət edildi!
—
Xahiş: Təşkilatçılardan. Spikerlərin təqdimatlarını iştirakçıların e-maillərinə göndərin, çünki o dəyərli təqdimatları yenidən gözdən keçirmək lazımdır.
Təşəkkür: Yello Advertising Lab‘a. Forumun posteri çox gözəl hazırlanmışdı, çox bəyəndim.
Alqış: Rəkam bəyə. Pozitiv və səmimi şəkildə panel apardığına görə. Hətta “ən yaxşı sual müəllifi” üçün verilməli olan kitab hədiyyəsini o, onu tərifləyən iştirakçıya verdi :D
Eşq olsun! Xanım spikerlərə. Forumda həm Nigar Köçərli, həm Nigar Arpadarai, həm də Leyla Quliyeva maraqlı çıxışları, gözəl nitq qabiliyyətləri ilə yadda qaldılar.
Müraciət: Heydər İsmayılovdan. Heydər bəy yerli brendlərin yaradılması üçün Forum iştirakçılarına müraciət ünvanladı. Çox lazımlı və yerində deyilmiş bir müraciət oldu bu. Hətta mənim ağlıma artıq bununla bağlı bir neçə ideya gəldi.
Şikayət: Numrəddinə. Özü bilir niyə, burda yazmaq istəmirəm :D
Mayın 26-sı və 27-si 28 Cinema’da keçirilən bu forumda spikerlərdən faydalı məlumatlar öyrəndik, çoxdandı görüşmədiyimiz dostlarla yenidən görüşdük, yeni tanışlıqlar, yeni əlaqələr yaratdıq, bir sözlə, Forumdan xoş təssüratlarla ayrıldıq! Növbəti Forum üçün hazırlıqlara başlaya bilərik.