Ölkədə populyar sosial şəbəkələrdən olan "Twitter"də izlədiyimiz insanlar haqda məhdud məlumata malikik. "Twitter"in verdiyi imkanlar istifadəçinin izlədiyi insanların sayını, onu izləyənlərin sayını, Favorite etdiyi tvitləri görməyə imkan verir. Amma bir neçə maraqlı tətbiq və əlavələr mövcuddur ki, bizə istifadəçilər haqda daha geniş məlumat almaq imkanı verir. Riffle bunlardan biridir. Google Chrome üçün çox maraqlı bir əlavədir. "Chrome"a bu tətbiqi yükləyin.





Yüklədikdən sonra quraşdırın. "Chrome2da sağ yuxarı paneldə Riffle ikonunu görəcəksiniz. O deməkdir ki, Riffle artıq aktivdir





Bundan sonra Twitter profilinizi açın. Siz "Timeline"da çıxan istifadəçilərin adlarının qarşısında həmin bu Riffle ikonunu görəcəksiniz.





O ikona klikləyəndə ekranın sağ tərəfində həmin istifadəçi haqda statistik məlumatlar çıxacaq: istifadəçinin gündəlik yazdığı tvit sayı, tvitlərinə gələn RT və FAV sayı, ən çox istifadə etdiyi haştaq, ən çox mention yazdığı istifadəçilər və s.





Daha maraqlısı, siz, deyək ki, istifdəçinin ən çox istifadə etdiyi hansısa haştaqa klikləyəndə o istifadəçinin həmin haştaqla yazdığı tvitlərin siyahısını görəcəksiz.





Və ya istifadəçinin ən çox yazışdığı insanların hansınasa klikləyəndə həmin insana yazdığı tvitlərin siyahısını görəcəksiniz.





Düşünürəm ki, maraqlı bir tətbiqdir. Artıq Twitter istifadəçiləri haqda əlavə informasiya əldə etmək bu qədər sadədir. Buyurun, buradan yükləyin və kimi istəyirsiz “incələyin” :)