Hollandiyanın spirtli içki istehsalçısı "Heineken" və "Wieden & Kennedy" arasındakı əməkdaşlıq sona çatdı. "Heineken"n reklam və marketinqdən məsul rəhbəri olan Jan Derck van Karnebeek "5 il ərzində çox uğurlu bir ortaqlıq icra etdik. Çox qüvvətli və müvəffəqiyyətli bir tərəfdaşlıq içərisindəydik. İndi yolumuzu ayırmağın zamanı gəldi" deyə şərh verib. W + K, "Heineken"in işlərini Amsterdamdan idarə etməsinə baxmayaraq "ABŞ"dakı məclislərə qatılmış və orada vəzifəsini yerinə yetirmişdir.



Qlobal olaraq "Heineken"in Legends kampaniyası ilə bilinən W + K bu layihə ilə 2013-cü ildə Cannesdə Yaradıcı Etkililik Grand Prix'sini qazanmışdı. Heineken tərəfindən edilən şərhdə, "Heineken olaraq bir çox agentliklə çalışırıq və bu an qlobal olaraq Publicis ilə güclü bir əlaqəmiz var" deyə bildirilib. W + K prezidenti Dave Luhr "Heinekenin yaradıcı işlərini gördüyümüz üçün çox qürurluyuq" şərhini verib.