Dünən Rafiq Vəliyev «Bəlkə biz düz eləmirik?» adlı bir məqaləni paylaşmışdır. Məqalənin sonunda 5 peşəkar marketoloqu və… məni bu mövzunu davam etdirməyi dəvət edib. Sözün açığı, mən bunu gözləmirdim, amma dərhal bu dəvəti qəbul elədim. O qədər böyük təcrübəm və biliyim olmasa da, mən də nəyi düz eləmədiyimizi barədə 1-2 söz deyəcəm. Rafiq bəyin ilhamı olan isə bu xit mahnısını qulaq asa-asa yazımı oxuya bilərsiniz :)






Namiq düz eləmir ki, ona çox bağlanır. Bəs biz nəyi düz eləmirik?



1. Biz Azərbaycan dilində kontent (məzmun) yaradırıq



Niyə bu qədər əziyyət çəkirik, fikirləşirik, yazırıq, tərcümə edirik? Rus və türk dilindən copy-paste edək bəs edər. Onsuzda ölkəmizin yarısı rusca bilir yarısı türkcə. Nə olsun ki, yazıda manat əvəzinə rubl və ya Gəncə əvəzinə Ankara yazılıb? Əsas məhzi izah edə bacaqdıq ki. Nə olsun ki, gələcək nəsillər üçün ana dilimizdə yazı qalmayacaq? Qoy xarici dilləri öyrənsinlər. Onlar üçün daha yaxşıdır.



2. Biliklərimizi paylaşırıq



Nəyə lazımdır bu? Qoy ancaq özümüz oxuyaq, özümüz hər şeyi bilək. Öyrəndiklərimizi kiməsə desək, bütün ideyalarımızı oğurlayacaq. Öz adından təqdim edəcək. Sənə lazımdır bu? Onda elə. Bizə lazım deyil. Özümüz oxuyub, özümüz işləyib, özümüz pul qazanaq.





3. Marketinqə çox bağlanırıq



Əlbəttə düz eləmirik! Bizim dədə-babalarımız marketinq bilirdilər nədir, biz indi hoqqa çıxardırıq burada? İşləmir Azərbaycanda marketinq. İşləmir! Ənənəvi al-sat sistemi ilə işləmək lazımdır. Müştəri məmnuniyyəti, təkrar satışlar, 4P, marketinq, PR, nə bilim nə. Kim çıxardıb bu sözləri? Amerikanlar? Qoy özlərində qalsın bu marketinq. Bizə lazım deyil.



Birdən indi kimsə səhf başa düşər məni. :) Əlbəttə bunlar hamısı bir zarafatdır:



1. Mümkün qədər çox Azərbaycan dilində yazmaq lazımdır. Təkcə marketinq sahəsində yox, bütün sahələrdə.


2. Biliklərimizi paylaşmaq, daimi məsləhətləşmək lazımdır. Bildiyiniz kimi, bilik paylaşdıqca artar. Mümkün qədər çox oxuyub, öyrənib digərləri ilə bölüşmək lazımdır.


3. Marketinq nəyinki Azərbaycanda, hətta Zimbabve də işləyir. Heç bir biznes düzgün marketinq sistemisiz işləyə bilməz. Hal-hazırda da ölkəmizdə böhran vaxtı biz bunun şahidiyik.



Çox informativ olmasa da, mən də öz sözümü deməyə çalışdım. Estafeti isə ölkəmizin ən yaxşı PR meneceri olan Vuqar Babaya (ya bloq aç, ya da ən azı status yaz :)), ilk olaraq Universitetlərdə marketinqi tətbiq edən Ramil Cabbarova və Azərbaycanda İT sahəsində ən yaxşı marketerlərdən olan Orxan Rzayevə ötürürəm.