Bir neçə gün əvvəl Rafiq Hunaltay dostumuz "özünüsorğulama" metoduyla bir yazı yazıb bizi də özümüzü sorğulamağa dəvət edibdir… Hörmətli dostumuzun arenamızda imzası "Marketinq Məhərrəm" olsa da "Hunaltay" imzası mənim üçün daha yaxındır…:), ona görə də Hunaltayı seçirəm…! Hunaltay deyir ki "bəlkə biz düz eləmirik?" Bilmirəm indi meyxanaya və meyxanaçı o zata çox qulaq asır deyə bu mahnı onu bunu yazmağa eşqə salıb… Amma məncə yox… deyəsən dediyim kimi güzgüyə baxıb "bəlkə biz düz eləmirik" sualını verib özünə ki bunu qələmə alıb…



Mənə də pas atdığı üçün mən də "biz nəyi düz eləmirik?" sualına cavab verməliyəm… amam mən düşünürəm ki nə edilirsə "düz" edilir… Çünki edilir… Edilən hər bir şeydə səhvlər də mümkündür və hətta lazımlıdır… Ancaq nəticədə ətalət deyil, hərəkət var və hər bir hərəkət yenilik, dəyişiklikdir… Əziz Hunaltay, bu özünüsorğulama belə az bəni-ademdə olan keyfiyyətdir ki elə bunu eləmək belə müsbət keyfiyyətlərdən xəbər verir… Qaldı ki saydığnız aktivliklər ki, hamısının arxasında təbii ki daha güclü məqsədlər dayanmaqdadır ki bu məqsədlər də ancaq və ancaq müsbət və inkişafyönümlü məqsədlərdir… Böyuk Hun Atilla deyir ki… "Yüzeysel amaçlar, yüzeysel sonuçlar doğurur". Məqsədlər "yezeysəl" deyirsə nəticələr də "yüzeysəl" olmayacaqdır… Bir sözü də "Amaçsız bir Hun amacına ne zaman ulaştığını esla bilemez"dir. Məqsədlər və onun istiqamətində fəaliyyətlər, hərəkətlər varsa, bəhrəsi də olacaqdır… Odur ki yola davam…!!!