Rafiq hocam "Bəlkə biz düz eləmirik" deyib şübhələrindən yazdı və pas ötürdü. Babək Musazadə sağ olsun, sayəsində pas gəldi mənə də çıxdı. Çox böyük məmnuniyyətlə qəbul edirəm. Özümü bu sahədə "körpə" hesab etsəm də addımlamaq lazımdı. Bu da mənim şübhələrim və təsdiqlərim:
1. Bəlkə mən düz eləməmişəm "BDU"da Nəşriyyat işi və redaktə etmə oxuyub marketinq sahəsinə yönəlmişəm amma mənə marketinq və menecmenti birləşdirib 3 aya cümləsinin əvvəli ilə axırının vahid bir fikri ifadə etməyən google tərcümələrdən dərs deyən müəllimlər 100% səhv edirdilər. Savadlı marketoloqlar universitetlərdə dərs deməkdə düz edir. Siz dərs deyin ki, bizdə qeyri-ixtisas müəllimlərinin əlində kütləşməyək.
2. Bəlkə bu forumlara birdə gəlmədik? Təki hər ilə daha-daha yaxşı forumlara gələk. Pis-yaxşı fərq etməz amma bu əziyyəti çəkib bu formu keçirən və əziyyəti olan hər kəs çox sağ olsun. Təbii ki, tarixi boş-boş danışanlar yox, qabağa düşüb hərəkət edənlər, nəticələrin altına imza atanlar yazır. Amma bu cəsarətin sahibləri tənqidlərə də hazır olmalı. Hər forum əvvəlkindən daha-daha üstün olmalıdır deyə düşünsək və hamımız nəsə bir tövhə versək bu gedişlə 5-10 il sonra bizdə dünya səviyyəsində, Red Apple, KİAF, PİAF səviyyəsində formlar edə bilərik. Necəki bu ilki forum 3 formun ən yaxşısı idi. Ümid edirəm bu ilki forum öz uğuru ilə təşkilatçılarımızı arxayınlaşdırmaz. #MMF2016 daha möhtəşəm olar ( İnşallah 28 cinemada olmaz) Elə kənardan danışanları da işə qatın, öhdəlik verin meydanda özlərini göstərsinlər. Birincisi mən :) Spikerlərin profesional olması üçün də ətrafınızda bu işin içində kim varsa, kim yoxsa işi nədirsə onda ƏN YAXŞI olmağı təlqin edək. Yəni özümüzün formu amma hər il daha güclü, daha savadlı. Ki xaricilərin də həvəslə iştirak edə biləcəyi bir səviyyəyə çataq. Böyüklərimiz böyük düşün, kiçik başla deyiblər.
3. Yığışmaq, əlaqələr qurmaq və bunun faydasını görmək əlbəttə yaxşıdır. Yadımdadır mənim qatıldığım ilk görüş Şəki restoranında olmuşdu və sonda hansı şirkətlərdən kimlər iştirak etdiyini Rafiq müəllim səsləndirmişdi. Şəxsən mənim qurduğum tanışlıqlar çox işimə yarayıb. "For fun" görüşlərə də nəsə müzakirə mövzuları, nəsə faydalı bir ünsür qatsaq yaxşı olar deyə düşünürəm.
4. Bəlkə də hər fəsil AİRi son ümid kimi gözləyəcəyik...
Ölkədə Nimanı çıxsaq, AİRdən başqa peşəkar, hazırda şirkətlərdə üst vəzifələrdə, işin içində olan marketoloqların verdiyi 2-ci belə ardıcıl təlimlər yoxdu. Xəbəriniz olsun ki, mənim kimi backgroundu marketinq olmayıb bu haqqda sizdən öyrənən məzunlar üçün daha üst səviyyə bir AİR eləməlisiniz ;) Yəni sizə bu il də dincəlmək yoxdur. Gözləyirik ))
Əlbəttə düz edirsiz təlim verməkdə!