Network marketinq nədir ?
Ciddi bir tələb görəbiləcək, davamlı istifadə olunan məhsulun istehsalını edib, fərdi pul qazana bilmə qabliyyətini qazandıqdan sonra, bunu çox insana öyrədib satış şəbəkəsi qurma işidir. Qısaca: Avon cidd bir məhsul istehsal edir və bu məhsula tələb olunacağına inanır. Avon şirkətidə deyir ki, güvən yaratmaq üçün mən satış kanallarına, reklamlara xərcləyəcəyim pulu verərəm istifadəçilərimə, onlar güvəndikləri adamlara məhsulu tövsiyyə edib satarlar. Qazancımın bir hissəsini də onlara verərəm. Həm onlar xoşbəxt olar həm mən.
Network marketinq ilə saxtakarlıq zincirinin fərqini necə anlamaq olar ?
1. Network marketinq: digər bütün şirkət ticarət növlərində olduğu kimi məhsulun satılmasına və isltehsalçı firmanın qazanmasına gətirən modeldir.
Buna görə network marketinq edəcək şirkətin etibarlı, ciddi və oturaqlı bir şirkət olması vacib haldır.
2. Məhsulun satılması hədəfi olduğu üçün adı keçən şirkətin Sizin satış qabiliyyətinizə fokuslanması lazımdır, aylar içində varlı (milyoner) olacağınıza deyil.
Bu işi layiqincə edən firmaları görəcəksiniz onsuzda. Sistemə yeni girən istifadəçilərə çox sadə satış və marketinq kursu verilir o qədər. Əsl mənada bu işi edən heç kim Sizi şəxsi inkişaf və zənginlik xəyallarına boğmaz.
3. Buna görə Sizə işi tanıtmaq üçün göndərilən adamın hansı əsaslara görə danışdığına diqqət edərək məsələni qavraya bilərsiniz.
“Hamımız varlı olacağıq!..” kimi mesajlar verirsə tez oradan uzaqlaşın. Ağıl sağlığınız üçün vacibdir.
4. Əsl network marketinq edən şirkət araşdırsanız, bu tərəfləri o qədər də şişirtmədiklərini görəcəksiniz.
Yəni saytlarında Sizə network marketinqi başa salmaq üçün bir keçid vardır, bütün hadisə bundan ibarətdir. Çünkü bu adamlar network marketinqin heç kimi əbəs yerə milyoner etməyəcəyini yaxşı bilir.
5. İstisnasız sizdən sistemə girmək üçün, giriş pulu istəyəcəklər. Bu pulun nə qədər olduğuna baxaraq rahatlıqla diaqnoz qoya bilərsiniz…
Çünki ciddi işləyən şirkətlər Sizdən bir neçə məhsul qiymətinə bərabər gələcək miqdar istəyir. Amma qarşında saxtakar biri varsa mənasız, şişirdilmiş bir məhsulun arxasına sığınaraq, bu məhsula nisbətdə Sizdən çox yüksək məbləğ tələb edəcəkdir. Buradan tez qaçın.
Ümumiyyətlə pulu nə üçün verdiyinizi və alacağınız məhsul həqiqətən bu qiymətə dəyər yoxsa dəyməz onu araşdırın. Fiziki məhsuldursa bir neçə şəxsə göstərib soruşun, əgər xidmətdirsə həqiqətən xidməti ətraflı öyrənin. “Google”dan araşdırın. Xüsusi bir nüans var onuda deyim ki, təzə network marketinqə başlayan şirkətlər başlanğıcda əsas qeydiyyatdan keçən istifadəçilərinə verdiyi puldan da hətta dəyərli məhsullar verə bilir. Çünkü “öndərləri” buna inandırsalar onların gətirəcəkləri adam və o adamların gətirəcəkləri adamdan pulları alıb yoxa çıxacaqlar. Ortada isə o adamlara cavabdehlik daşıyan Siz qalacaqsınız. Daima yalanlara görə vicdanınız ağrıyacaq !!!