Olur hərdan adamın lap cinləri təpəsinə çıxır. Düşünürsən ki, bu dünya ilə arana məsafə qoyasan. Heç olmazsa 1 aylıq aya filan gedəsən qulağın dincəlsin bu çəhçöyülü maket, dublikat cəmiyyətdən. Amma insan olduğumuz üçün yaşamaq üçün yaradılmışıq. "Sadəcə mövcud olmaq bizə yaraşmaz" deyirik və davam edirik. Rafiq hocanın çoxdan başlatmış olduğu lahiyyəyə gec qoşuldum. Çox sağ olun ki, siyahıda məni də qeyd etmisiniz. Sonuncu lahiyyədəki yorğunçuluq və dincəlmək ehtiyacı bir az tərki dünyalıq tələbətı oyatdı. Dostlarımızın yazılarını oxudum və zövq aldım.
Bəlkə biz düz eləmirik bloq yazırıq?! Düz eləmirik!
Yazmaq məsələsində düz edirik. Səhvimiz nəyin yazılmasıdır. Ramil, İlham, Samir, Cəbrayıl müəllim, İlkin müəllim və unutduğum digər həmkarlarımızın yazıları və paylaşımlarını böyük məmnuniyyətlə oxuyuram. Nələrisə öyrənib nələri isə təkrarlıyıram. Əgər yazdığımız oxuduğumuz kitablardakı abzaslardısa deməli düz eləmirilk. Etdiklərimizdən praktika süzgəcindən keçənlərdən yazsaq, onların açıq müzakirəsini etsək bir birimizə daha faydalı olarıq.
Bəlkə biz düz eləmirik müştərini düşünürük?! Düz eləmirik!
Düşünürük düşünməsinə də. Nə qədər düşünürük? Cibimiz qədərmi, qəlbimiz qədərmi? Maraqlı şirkətlərlə üzləşirik. Müştərini düşünənlər əməkdaşları düşünməklə başlamalıdırlar. Quru gurultu, boş qazan danqiltısı ...... Düz edirik amma, yetərincə düşünmürük.
Bəlkə biz düz eləmirik şikayətlənirik? Düz eləmirik!
Neçə şirkət Ambush marketingi etdi? Bəs deyirdiniz şərait yoxdur? Bizə kim mane oldu? Yarış obyektinə 200 m şirkətinizin korporativ rəngi olan köynəkləri paylamağa, ya da hansısa serialda məhsulunuzu Avropa Oyunları ilə əlaqələndirib PPL etməyə. Bir dostumuz deyirdik ki, “Əgər Məcunla Leylini ayırmağa çalışmasaydılar bu dastan o qədər də məhşur olmazdı”
Özgə babət görə bilməyəcəyimiz cahan mülkündə kişvərimizi iqrar eliyək və iştiyaq eliyək amma hər nəyi ki, edirik tam eliyək.