#‎deyir Rafiq Hunaltayın Bəlkə biz düz eləmirik? başlıqlı blog yazısı hər zamanki kimi bu səfər də çox səs salmağı bacardı və maraqlı bir o qədər də faydalı bir zəncir şəklində əldən ələ yayılmağa başladı. Aysel xanımın sayəsində isə bu maraqlı vəzifə bizə də gəlib çatdı. Girişgahı cox uzatmadan zənciri başladan, bizdən əvvəl maraqlı yazilar yazan hər kəsə və ən əsas da bizi dəvət edənlərə öz dərin təşəkkürlərimi bildirmək istəyirəm… Bəlkə biz düz eləmirik? dedikdə hər zamanki kimi özümün şahid olduğum səhvlərdən danışacam.



Bəlkə biz düz eləmirik? Biznes xəyalı ilə yaşayib sonunu sadəcə maddiyata bağlayırıq



Yəni necə deyərlər sənətkar hər zaman öz yaratdığı əsərdən zövq aldığı müddətcə əsərinə *can* verə bilər. Yəni görülən iş ilk 3-5 aydan sonra şkalanın bir ucuna “kaş bu ay arenda və digər xərclər çıxardı” digər ucuna isə “Hər müştərini ofisə buraxmayın, bizim bazarda bir adımız var biz artıq *brend* olmuşuq” nöqtələri sabitlənərək kor-topal idarə edilən bir qəbilə icmasina çevrilir. Yəni iki ucu maddiyata bağlı biznes sahibini sadəcə muzdlu işciyə çevirəcək sistem yaradırıq.



Bəlkə biz düz eləmirik?



Marketingə, reklama xərclənən büdcənin yarısı qədər də olsa məhsulun ya da xidmətin keyfiyyətinə diqqət və maddiyat ayrılmır. Yəni müştəriləri bir istifadəlik əşya halına salaraq sadəcə bir dəfə qazanmış oluruq. Müştərini itirməyimizdən də əsas geri dönüşü olmayan müştərinin mənfi rəy sahibi olduğu və onu yaymağa meyilli olduğu zatən bəllidir. Uğurlu addım hesab etdiyimiz ən böyük səhvlərimizdən biridir.



Bəlkə biz düz eləmirik? Hər şeyi bilirik deyə çıxırıq yola



Oxumaq, araşdırmaq, bu yolun yolçularına soruşmaq əvəzinə sadəcə fərziyələrlə hərəkət edirik. Ətrafımızdakı yüzlərlə çoxbilmişlə mübarizə aparan zaman nəyin səhv nəyin duz olduğunu belə anlaya bilmirik. Müzakirələr hər an alovlanacaq mübarizə formatinda olur, mütaliədən söhbət belə gedə bilməz. Bəzən doğru bildiyimiz yanlışlar beynimizdə o qədər yer işğal edir ki, istəsək də doğrunu görə bilmirik (bir də işin tərs tərəfi var. Cəmiyyətimiz ele bir formatda formalaşıb ki, sual vermək ayıb, qarşındakı insanın sənin sualına cavab əvəzinə “yola vermek” cəhdi isə məşğuliyyət olub)



Bəlkə biz düz eləmirik? İmanımızı belə azadca yaşaya bilmirik



Son yaşadığımız Ramazan ayında bir dəfə də şahidi oldum ki, Oruclar sadəcə Allah rızasına tutulmurmuş. Heç kimin tutduğu orucun etdiyi ibadətin özündən başqasına fayda verməyəcyini anlatmaqla keçən ramazan ayımız bu səfər çox maraqlı keçdi. Sadəcə iftar dəvəti aldığı gün oruc tutanları da gördüm, 30 gün oruc tutub “pivə qonaqlığı” üçün bayramin bitməsini gözləyənləri də. Ən böyük zərbəni isə namaz qılmayanların oruc tutmasına münasibət bildirərkən “inəkləri də bir kənara bağlayib yemini suyunu verməyəndə o da oruc tutur” deyən dostum oldu. Yəni uzun sözün qısası səhvlərimiz çoxdur və sadəcə səhv etməkdən qoxmadığımız müddətcə böyüyə biləcəyimiz də bir həqiqətdir.