Fidanın mənə ötürdüyü "Bəlkə biz düz eləmirik?" mövzusunda yazmaq üçün 1 həftəlik müşahidə apardım ki axı biz nəyi düz eləmirik? Xuraman qadınlardan yaz deyəndə ağlıma ilk bu 3 sual gəldi və üzərində elə indicə cızma-qara elədim)




1. Bəlkə biz düz eləmirik təhsilə bu qədər önəm veririk?



Deyir ki, valideynin öz övladına verə biləcəyi ən böyük sərvət təhsildir. Təhsil sinifkom olmaq demək deyil. Daima öyrənmək, inkişaf etmək lazımdır. Bilirsiz niyə? Çünki təhsil insana özgüvən gətirir. Oxuyursan, öyrənirsən, axtarırsan... Öz fikrin formalaşır. Sən artıq özün olursan! Öz səhvin, öz düzün olur. Məsuliyyəti dərk edirsən verdiyin qərarlara görə. Burda bir məqamı yazım, insanın səhvinin özünün olması belə həsəd aparılacaq duyğudur. Savadlı qadın sağlam gələcək deməkdir. Qadın təkcə həyat vermir, həm də istiqamət verir. Savadlı qadın bilir ki, telefon uşağı yatızdıranda musiqi dinləmək üçün yaradılan cihaz deyil. O həmçinin onu da bilir ki, uşaq dədə-baba qaydasına hörmətlə yanaşaraq, yeniliklərə uyğunlaşdırılmış şəkildə böyüməlidir. İpad-ı qadağan edərək, şortikə etiraz edərək övladınızı ancaq özünüzdən uzaqlaşdıra bilərsiniz. Əksinə, ipad istifadə edərək app store-dan çoxlu sayda inkişafetdirici proqram yükləmək olar və ya cizgi filmlərinə baxması və s.


2. Bəlkə biz düz eləmirik karyera qururuq?



Qadının işləməsi önəmlidir. Ən azı ona görə ki, müəyyən yaşda maddi dəstəyini itirəndə ayaqda qalmaq üçün. Adətən, valideyni və ya yoldaşını itirən işləməyən qadına çox çətin olur uyğunlaşmaq. Akulalar okeanına fresh fish kimi düşürsən. İşləyərək həm fiziki yorulursan, bir də bu mübarizənin verdiyi mənəvi yorğunluq... Maraqlıdır, “qadın işləməməlidir” deyənlər Ümummilli qeybət Cəmiyyətini yaratmaq üçünmü çalışır? Deyək ki, qadınsan və işsizsən. Sən bütün gün seriallara baxmaqla, qadın qruplarında fala baxmaqla axı övladına nə öyrədə bilərsən? Bundan əlavə darıxdığın üçün özünə məşğuliyyət tapacaqsan. Ya bütün günü mənasız şoppinqlə məşğul olacaqsan ya da qeybətlə  Başqa variant yoxdur). Bəlkə həqiqətən də düz etmirik ki, həyat yoldaşımızla çiyin-çiyinə ailəmiz üçün çalışırıq?!


3. Bəlkə biz düz eləmirik sosiallaşırıq?



Bəlkə də biz düz etmirik ki, Filankəsovlar ailəsi olaraq və ya həyat yoldaşımızın adı ilə deyil məhz öz adımızla yazırıq. Məsuliyyəti dərk edirik ki, yazdığımız hər şeyin altında imzamız var. Önəmli olan nədir bəs? Bu məsuliyyəti anlamaq yoxsa başqa ad?. Xanım həmkarlarımın müxtəlif tədbirlərdə fəallığını görmək qürurvericidir. İşləyirlər, faydalı olmağa çalışırlar. Birdə buna etiraz edən, hətta flashmoba çıxaran həmkarlarımız var. Bir-birimizə səmimi qəlbdən nifrət etdiyimizi anlayıram, amma “unfollow” etməməyinizi anlamıram 


P.S Yazılan hər şey reallığa əsaslanır. Filozof demişkən, Nəzərə alın ki, hər kəsin öz reallığı var. Pişiyin reallığı yemək, siçanın reallığı isə yeyilməkdir. =)