Bir tərəfdən e-ticarətin inkişafından danışanda digər tərəfdən saxta məhsulların internet üzərindən satılmasına göz yumuruq. Saxta məhsulların çoxusu insan sağlığı üçün çox təhlükəlidir. Heç bir yoxlanışdan keçmədən Çin və Asya bazarlarından ölkəmizə gətirilib Sədərək və Binə kimi nəhəng ticarət mərkəzlərində satışa qoyulur. İstehlakçının məlumatsızlığından faydalanan satıcıların minlərcə yalanlarla satdığı bu məhsulları alıb, övladlarımızın, yaxınlarımızın, özümüzün geyimində istifadə edirik.



Bir çox məhsulun tərkibində sağlıq üçün ciddi təhlükə törədən, hətta bədəndə müxtəlif yaralar aça bilən kimyəvi və günlük həyatda istifadəsi qadağan olunmuş maddələr var. Bu saxta məhsullar, eynək kimi gözü qoruyan, ayaqqabı kimi günlük həyatda çox istifadə etdiyimiz geyimlər olanda, aldığımız mala dəfələrlə diqqət etməliyik. Çünkü saxta eynəklər gözlərin zəifləməsindən kor olmasına qədər, ayaqqabılar isə ayaqda müxtəlif yaralar və dəri xəstəliklərinə gətirib çıxarda bilir. Xüsusəndə E-ticarətdə satıcı öz məlumatlarını rahatlıqla gizlədə biləcəyi üçün, bu kimi saxta məhsulları internet üzərindən satışa çıxarır.













Şəkillərdə gördüyünüz kimi heç bir məhsulun üstündə onun orjinal olub olmamasına dair məlumat yazılmayıb. Anti-İnhisar dövlət xidməti və Səhiyyə nazirliyinin e-ticarətdə satılan saxta məhsulları ciddi nəzarətə götürməyi qaçınılmaz haldır.