01.09.2015 tarixində yaxın tanışım və dostum Günel Nağıyeva ilə Andrey Zinkeviçin “Müştəri konveyeri: müştərini necə cəlb etməli və əldə saxlamalı” tərcümə etdiyimiz e-kitabını təqdim etmişik. Kitab tamamilə pulsuzdur. Onu əldə etmək üçün sadəcə müvafiq yerə öz e-mail ünvanınızı daxil etmək lazımdır. Kimi hələ də bunu etməyibsə buradan edə bilər.
8 gün ərzində kitab 120-dən çox nəfərə göndərilib. Məncə pis nəticə deyil. İnsanlarda hələ də kitab oxumağa həvəs var. Bu sevindiricidir. Resenziyaya gəldikdə isə, mən çox yazmayacağam. Çünki, kitab özü 63 səhifədən ibarətdir. 1 saat içində rahat oxumaq olar. Mən sadəcə kitabdan 7 sitatı seçib Sizinlə paylaşmaq istəyirəm:
1. Əgər Siz müştərilərə aşağı keyfiyyətli mal və ya xidmət təklif etməyi planlaşdırırsınızsa, onda Sizin üçün marketinq – pul və vaxtınızın boş yerə israfıdır. Çünki bu halda marketinq siyasətiniz nə qədər uğurlu olsa, bir o qədər çox insan Sizin zibil satdığınızdan agah olacaq; bu hal nə qədər tez baş versə, firmanız bir o qədər tez müflisləşəcək...
2. Müştəri yoxdursa – satış yoxdur, satış yoxdursa – biznes yoxdur, müştərilərin cəlb edilməsi sistemi yoxdursa – müştərilərin özü yoxdur. Dairə qapandı.
3. Marketinq olmalıdır! Əgər Siz marketinqlə məşğul olmursunuzsa, gec-tez rəqiblər Sizi məhv edəcəklər. Bu yalnız zaman məsələsidir!
4. Marketinqin planlaşdırılması üçün 2 münasib vaxt var: dünən və indi.
5. Alıcını “şirkətinizin artıq 15 ildir bazarda olmağı” və ya “ona əməkdaşlıq təklifi etməyə çox şad olmağınız” qətiyyən maraqlandırmır. Müştəriyə onun problemini necə həll etməniz və ya ona necə kömək etməniz əhəmiyyətlidir.
6. İstənilən uğurlu biznes daimi müştərilərin üzərində qurulur.
7. Marketinqdə belə bir aksioma var: satışın baş verməsi üçün, Sizin təklifiniz müştərinin həmin məhsula kəskin ehtiyacı və onu almağa pulu olduğu vaxtla tamamilə üst-üstə düşməlidir.
Əlbəttə ki, “Müştəri konveyeri” kitabını oxuyub dahi marketoloq olmayacaqsınız. Lakin, kitabda müştəriləri cəlb etmə və əldə saxlaması üçün maraqlı və əsasən də vacib məqamlar qeyd olunub. Hamıya tövsiyyə edirəm.
“Müştəri konveyeri”: müştərini necə cəlb etməli və əldə saxlamalı” e-kitabını yüklə