2 aylıq fasilədən sonra Battle rubrikası davam edir! "Battle"ın bu dəfəki iştirakçıları Azərbaycanın iki iri mobil operatorudur: Azercell və Bakcell
"Battle"ın qaydaları
— Battle 7 raunddan ibarətdir
— Hər raundda müvafiq parametrlərə görə iştirakçılara xallar verilir
— Ən çox xal toplayan iştirakçı qalib gəlir
Azercell
Azercell 1996-cı ilin yanvarında təsis edilmiş və həmin ilin dekabrın 15-də Azərbaycanda ilk GSM operatoru kimi öz kommersiya fəaliyyətinə başlamışdır. 1998-ci ildə Azercell dünya telekommunikasiya sektorunda öncədən ödəmə sistemini (SimSim) tətbiq edən ilk şirkətlərdən biri oldu. "Azercell"in əsas təsisçisi – İsveç, Finlandiya, İspaniya, Türkiyə, Rusiya, Estoniya, Nepal və digər ölkələr kimi 20-dən çox ölkədə filial-müəsissəsi olan və ümumi sayı 460 milyondan çox əhaliyə xidmət göstərən TeliaSonera şirkətidir. Azercell şirkətinin hazırkı sərmayədarı Türkiyənin "Azertel TelekomÜnİkasyon YatIrIm DIş Tİcaret A.ş." (100%) şirkətidir. Hal-hazırda Azercell Telekom MMC abunəçilərin sayı 4 milyondan çoxdur.
Bakcell
1. Sayt / Sosial şəbəkələr
Dünya mobil operatorlarında olduğu kimi Azercell və Bakcell saytları da məlumatlar ilə dolğundurlar. Ümumi məntiq eyni olsa da bəzi fərqlər var:
1. "Azercell"in ana səhifəsi fərdi müştərilər üçün xidmətlər səhifəsidir
2. Bakcell ana səhifədə maksimum dərəcədə məlumat yerləşdirmək istəyib. Bu gediş saytın dizaynına müsbət effekt versə də, informasiya çoxluğundan lazımı olanını tapmaq üçün bir az vaxt sərf etmək lazım olur.
3. Saytlarda şirkətlərin müştəriyə lazım olan bütün məlumatları tapmaq mümkündür və rahat naviqasiya buna kömək edir.
4. İki saytın fərqləri əslində şirkətlərin ümumi mövqelərini əks etdirir: Azercell daha sanballı və ciddi, Bakcell isə müasir və aqressiv
Ciddi Azercell üslubu
Müsair Bakcell üslubu
Kimin saytı daha yaxşıdır demək çətindir. Çünki hər bir insanın öz zövqü var, və burada obyektiv qərar vermək mümkünsüzdür. Bəs sosial şəbəkələrdə vəziyyət necədir? *Yalnız Facebook səhifələri müqayisə olunacaq. Ümumi Azərbaycan brendlərinin Facebook izləyiciləri sayına görə Azercell 2-ci (374 000+ nəfər) Bakcell isə 3-cü yerdədir (364 000+). "Azercell"in öz korporativ səhifəsinin idarəetməsi məni çox məyus etdi. Korporativ stili olmadan internetdən götürülmüş şəkillərin paylaşılması özünü ciddi şirkət hesab edən Azercel üçün yolverilməzdir! Maraq üçün mən Kcell və Geocell səhifələrini də yoxladım. Məsələn, onlar belə qeyri-peşəkar postları paylaşmırlar:
Belə pis çıxmasın mən heç öz
bloqumda belə səviyyəsiz
şəkilləri paylaşmıram :)
Bakcell isə ilk baxışdan göründüyü kimi (səhv də ola bilərəm) öz kontent strategiyasına əsasən öz səhifəsini idarə edir. Burada həm xidmətlər, partnyorlar barədə məlumatlar, maraqlı faktlar və digər maraqlı kontenti paylaşırlar
Saytların müqayisəsində bərabərlik olsa da, Bakcell sosial şəbəkələri daha peşəkar səviyyədə idarə edir. 1 xal – Bakcell
2. Müştəri xidmətləri
Müştəri xidmətləri bölməsini mən 2 yerə böldüm:
1. Müştəri Xidmətləri (MX) ofisləri
2. Çağrı Mərkəzləri (ÇM)
MX ofislərin sayına əsasən (Bakı üzrə) Azercell sözsüz liderdir: 7 Müştəri Xidməti və 15 Azercell Ekspress ofisi. "Bakcell"də isə cəmi 10 ofis fəaliyyət göstərir. Üstəlik "Azercell"də Mobil Müştəri Xidməti servisi mövcuddur.
ÇM:
1. Azercell abunəçiləri öz ÇM zəng zamanı davamiyyətdən asılı olmayaraq qiymət 0,10 AZN
2. "Bakcell"də Klass və Gold abunəçiləri üçün zəng pulsuzdur, Cin abunəçiləri üçün isə 0,02 AZN/dəq
3. "Azercell"də operatora birbaşa bağlamaq üçün dərhal 0 düyməsini basmaq kifayətdir, "Bakcell"də isə operatora zəng düyməsini tapılma proseduru bir az vaxt aparır.
Keyfiyyət baxımından hər iki operatorun xidmət səviyyəsi eyni olsa da "Azercell"də MX ofislərin sayı daha çoxdur və operatora daha asan bağlamaq olar. 1 xal – Azercell
3. Tariflər
Yalnız fərdi tariflər müqayisə olunacaq
Tariflərin qiymətlərini verilmiş linklərdə baxa bilərsiniz
Fərdi tariflər
Azercell
Sim-Sim: Azercellim, GəncSim, Bölgə və Tələbə 1-liyi*
Gənc Ol, Hər yerə və Bizimkilər tarifləri üzrə qoşulma qayandırılıb
Fakturalı xətt: Hədsiz, Biznes200, Bizimkilər, Hər Yerə, Dövlətcell,Mediacell, Sərfəli danışıq paketləri
Bakcell
Cin: Günboyu 0, ƏlaCIN, SevimliCIN, SevinCIN, GəlirliCIN,CINeration, DoğmaCIN
Klass: Klass L, Klass XL, Klass XXL, Klass 5*, Klass 5*+
Gold: Gold
Hər iki mobil operator müştərilərə oxşar tarifləri təklif edir: Tələbə 1-liyi – CINeration, Bölgə – DoğmaCIN və s.
"Bakcell"də tarif çeşidi daha böyükdür
"Azercell"də bəzi tariflər sərfəli olsa da, "Bakcell"in əksər tariflərin qiymətləri daha münasibdir
Qeyd: tarifləri seçəndə diqqətli olun, əsas qiymətlərin altında yazılan əlavələri mütləq oxuyun. Çünki Sizə sərf olmayan şərtlər qeyd oluna bilərlər
Qiymət və seçim baxımından Bakcell-in təklifi daha maraqlı və sərfəlidir. 1 xal – Bakcell
4. İnternet
"Azercell"də internet paketləri
50 MB -1 AZN
500 MB – 3 AZN
1 GB – 5 AZN
5 GB – 10 AZN
10 GB – 15 AZN
Limitsiz (50 GB) – 30 AZN
"Bakcell"də internet paketləri
40 MB – 1 AZN
120 MB – 2 AZN
360 MB – 3 AZN
600 MB – 4 AZN
Limitsiz 1 (1 GB) – 7 AZN
Limitsiz 2 (2 GB) – 9 AZN
Limitsiz 3 (3 GB) – 15 AZN
Limitsiz 4 (10 GB) – 22 AZN
Operatorlar əsas paketlərdən savayı gündəlik, saatlıq və digər paketləri, xüsusi Blackberry üçün paketlər, data kartları və Wi-Fi zonalarını təklif edirlər. Azercell və Bakcell 3G və 4G İnterneti dəstəkləyirlər. Ümumi olaraq xidmət və təkliflər oxşar olsalar da, internet paketlər üçün qiymət baxımından Azercell daha münasibdir. "Azercell"in internetdəki üstünlüyü növbəti raundda daha da böyüyəcək. 1 xal – Azercell
5. Şəbəkə
Məni digər sıravı vətəndaşları kimi bu məsələnin texniki tərəfi maraqlı deyil. Bizə sadəcə lazımdır ki, telefon daimi tutsun və biz daimi internetə girə bilək. Ola bilsin ki, bütün operatorların ötürücü stansiyaların (oxu – vışka) sayı eyni olsun. Amma ən yaxşı şəbəkə sözsüz Azercell-dədir. İstər şəhərdən kənar yerlərdə, istər metroda və ya digər operatorlar işləməyən yerlərdə. Ona görə bu mövzunun üstündə çox dayanmaq istəmirəm. 1 xal – Azercell
6. Rominq
Rouminqdə adi tariflərdəki kimi, "Bakcell"də qiymətlər daha ucuzdur. "Azercell"də yalnız TeliaSonera holdinqinə daxil olan operatorlara qoşulduqda qiymətlər az-çox münasib olur. Operatorların saytlarında qiymətlər rahat şəkildə göstərilmədiyindən (hər ölkəni ayrılıqda baxmaq lazımdır) mən onları burada yerləşdirmirəm. Aşağıdakı linkərdə baxa bilərsiniz:
Sözün açığı indiki zamanda rouminqdən istifadə edənləri mən anlamıram. Bu çox bahalı və lazımsız bir xidmətdir. Skype, Viber, Whatsapp kimi pulsuz və tez bir zamanda əlaqə qurmağa imkan yaradan proqramlar var! Bunu üçün sadəcə Wi-Fi lazımdır :) Bu raundun qalibi isə "Bakcell"dir. 1 xal – Bakcell
7. Əlavə dəyər
İT sektoru o qədər sürətlə inkişaf edir ki, yalnız əlaqə vasitəsi kimi fəaliyyət göstərən mobil operatorlar məhv olurlar. Müştərilərin hər tərəfli ehtiyaclarını ödəmək üçün şirkətlər əlavə xidmətləri göstərməyi məcburdurlar. Ona görə son və həlledici raundun adını Əlavə Dəyər qoydum.
Operatora bağlanan və ya brendləşdirilmiş mobil telefon və planşetlər
Səhv etmirəmsə bu istiqamətdə ilk addımı Azercell atmışdır, lakin sonradan nədənsə bu sahəni inkişaf etdirmədi. Bakcell isə əksinə eksklyuziv mobil telefonlara üstünlük verir. Məsələn, İlk və Alov smartfonları və ya korporativ müştərilər üçün şəbəkədaxili pulsuz və limitsiz zənglər ilə brend telefonlar.
Loyallıq proqramı
Loyallıq proqramların arasında nəinki mobil operator sektorunda, hətta Azərbaycanda bütün şirkətlər arasında ən uğurlu layihə məncə Ulduzum proqramıdır. Multibon və ya Bombacard kimi endrim kartlarının edə bilmədiklərini, Ulduzum edə bildi! Taksi 189, Megafun, İdeal və digər öz sahələrinin lider şirkətləri ilə əməkdaşlıq edərək, Bakcell öz müştərilərinə xüsusi endirimləri təklif edir.
Azercell cavab olaraq Gənc Ol tarifi ilə bazara girmək çalışsa da, həmin tarifin artıq işləməməsi, bu addımın uğursuzluq olduğunu göstərir.
Məncə yetər. Ümumiyyətlə, "Azercell"də son zamanlar müştəriyə əlavə xidmət göstəməkdə problemlər yaşanır. Bilmirəm bu niyə baş verir, amma ümid edirəm ki, gələcəkdə bizi daha da maraqlı rəqabət gözləyir. Bakcell-in son zamanlar gördüyü işləri isə həqiqətən sevindirir. 1 xal – Bakcell
Yekun nəticələr
Azercell - 3, bakcell - 4
Battle #4 qalibi Bakcell şirkətidir! Təbriklər!
Son Söz
Hələ çox mövqelər var ki, Azercell və "Bakcell"i müqayisə etmək olar: Azercellin korporativ sosial məsuliyyət çərçivəsində aksiyaları, Bakcell Manchester United ilə əməkdaşlığı və futbola dəstəyi, data kartların təhlili və s. Lakin, bütün bunlar üçün lap çox vaxt lazımdır. Şirkətlərin ikisinə də uğurlar! Bəlkə gələcəkdə Azercell revanş götürmək istədi…:)
Bonus