Başda Wall Street olmaqla, ABŞ mətbuatında yer alan xəbərlərdə "Volkswagen"in (VW) qarşı-qarşıya qalacağı təzminat ilə bağlı olaraq, sahibi olduğu 12 markadan birini və ya bir neçəsini satmaq məcburiyyətində qalacağı bildirilib. Alman şirkəti xüsusilə, "ABŞ"da həm dövlət, həm də fərdi şəxslərin qaldıracağı mümkün təzminat iddiaları üçün 7.3 milyard dollarlıq bir vəsait ayırdığını açıqlayıb.



Ancaq edilən şərhlərdə sözügedən təzminat xərclərinin 15-20 milyard dollara çata biləcəyi və imic problemi səbəbindən bu itkilərə satış tərəfindən də milyard dollarlıq əlavə əməliyyat xərclərinin əlavə olunacağı dilə gətirilib. "ABŞ"lı bazar dairələri Alman şirkətinin Porsche və ya Audi satmaq məcburiyyətində qalacağını düşünür. "Porsche"nin satışı Audi ilə müqayisədə daha çətin görünür. Çünki "VW"nin güclü səhmdarlarından Porsche və Piech ailələrinin belə bir satışa yaşıl işıq yandırmaları o qədər də mümkün görünmür. Ancaq Audi üçün şərhlər daha fərqlidir. Mütəxəssislər "Audi"nin mövcud bazar şərtlərini düşündükdə ən azı 25 milyard dollar edəcəyini hesablayırlar. Satış halında əldə ediləcək bu rəqəmin isə VW-nin çıxması lazım olan problemlərin əhəmiyyətli bir hissəsini ödəməsinə imkan verəcəyi bildirilib. Mütəxəssislər Audi kimi olduqca uğurlu bir marka üçün çox sayda alıcının çıxacağı fikirindədir. Çin və Hindistan markaları ilə yanaşı, Yaponiyanın Honda şirkətinin də mümkün alıcılar arasında olacağı bildirilib.