Son 2 ildir "kariyeranız üçün marketinq" sözləri gözümüzə bütün tədbir reklamlarında, sosial mediyada dəyməyə başlayıb. Hələ birdə bunun qabağına "Milli" sözünü əlavə edib, gəncləri məntiqli istehsal təməlli sahibkarlıq yolundan daha çox "calağ" sürüsünə çəkmək istəyirlər. Bir nəfərdə çıxıb demir ki, ölkənin inkişafı birbaşa ixracatdan aslıdır. İdxal olunan məhsulun baş ofislərindən göndərilən marketinq strateqiyasını, Azərbaycan dilinə tərcümə etmək sizi "Milli Marketoloq" etdi?
Gənclərimizə bu zibilcə artmaqda olan sözdə "marketoloq"ların yalanlarını heç veclərinə almamaqların tövsiyə edirəm. Hələ bu marketoloqların artıq "bestseller" kitab yazanlarıda var. Ama onlara hörmətim var. Ən azından boş danışıqdan daha çox, iş ortaya qoyurlar. İxracatçı sahibkarlıq modelinin təhsili və təlimi gələcək nəsillərin dünya bazarında məhsulları ilə tanınmasını, məhsul olduqdan sonra isə o məhşur "milli marketoloqların" brendləşmə fəaliyyətində faydalı olunacağı qaçınılmaz gərçəkdir.
İşlərinə hörmət etdiyim istisnalar xaricdir.