Bloq yaratmağın faydası haqda çox danışılıb, bloqumdakı ilk yazıda mәn dә bloqun 2 әsas faydası haqda fikrimi bölüşmüşәm. Bu yazıda Sizinlә bloqun faydası haqda yox, bloq yaradarkәn nәzәrә alınmalı 5 amil barәdә fikirlәrimi bölüşәcәm. Düşünürəm ki, onlara diqqət edildikdə bloq fəaliyyəti daha səviyyəli və təqdirəlayiq olur. Belәliklә, bloq yaradarkәn bu 5 amilә diqqәt edin:
1. Qәrar vermәk. Olur ki, insan olduğu hansısa xoş bir situasiyanın tәsirilә, eşitdiyi vә ya gördüyü bir hadisәdәn tәsirlәnәrәk vә ya ümumi desәk, kefinin yaxşı vaxtında müxtәlif hәvәslәrә düşür. Bunlardnn biri dә bloq açmaq ola bilәr. Adam deyir vәssalam, gün elә bu gündür, bloq açıb topluma fayda vermәyә (vә ya pul qazanmağa vә ya fenomen olmağa) başlamalıyam vә bloq açır. İlk yazını hәvәslә yazır, ikincini dә yazır amma görür ki, "axot" yoxdu vә dayanır. Bir vaxtlar bloq açmış əksәr dostlar yәqin ki, oxşar hisslәri yaşayıblar. Əgər sizin də həvəsiniz ötəridirsə, bu işə başlamayın. Çünki yazı yazmaq insanın vaxtını alır. Yox әgәr siz hәqiqәtәn yazmağa başlamaq istәyirsinizsә vә bu, davamlı olacaqsa o zaman başlayın.
2. WordPress istifadә edin. Bloqu WordPress platformasında yaratmağınız mәslәhәtdir. Niyә? Çünki WordPress sizә bloqda (hәm dizayn, hәm dә kontent olaraq) bir çox dәyişikliyi rahat edә bilmәk imkanı verir. Hәtta sizin kodlaşdırmadan anlayışınız olmasa belә, siz bloqunuzda dәyişiklik edә bilirsiniz. Bunun üçün "WordPress"in mәtn şәklindә vә "Youtube"da olan izahlarına baxmaq kifayәtdir. WordPress Sizə həm pulsuz dizayn (template), həm də pullu dizayn təklif edir. Bağlanğıc üçün pulsuz dizaynlar arasından seçim edə bilərsiniz, amma bloqunuzun daha zövqlü, daha modern və çoxfunksiyalı olmasını istəyirsinizsə pul ödəyərək dizayn ala bilərsiniz.
3. Sistemlilik. Bloq açdınızsa növbəti missiyanız sistemli olaraq (gündә bir yazı vә ya hәftәdә bir yazı, iki yazı) yazmaqdır. Hәtta ayda bir yazı yazmağı da mәqsәd qoya bilәrsiniz (amma bu halda ciddi oxucu kütlәsi vә özünüzün ciddi inkişafı mümkün olmayacaq). İlk hәftә 3 yazı yazıb 4-cü yazını 2 ay sonra, 5-ci yazını 6 ay sonra yazacaqsınızsa o zaman ciddi bloqer kimi tanınmayacaqsınız.
4. Uyğun domen alın. Hüseyn Әliyev adlı insanın bloq ünvanının www.huseynaliyev.wordpress.com olmasıyla www.huseynaliyev.com olması arasındakı maddi fәrq 10 azn, imic fәrqi isә xeyli böyükdür. Bloq ünvanının adının arxasında wordpress vә s. platformanın adı gәlmәsi sizin işinizi daha bәsit, hәvәskar, qeyri-peşәkar kimi tәqdim edә bilir. Bәli razıyam ki, bunu hәr kәsә aid etmәk olmaz vә o cür bloq ünvanı olan tanınmış bloqerlər də var. Amma inanın mənə, www.huseynaliyev.com ünvanı www.huseynaliyev.wordpress.com ünvanından daha elit, prestijli və ciddi görünür. Həmçinin sizin bloqun ünvanı adınız və soyadınızla bağlı olmaya da bilər, yəni bu, şərt deyil. Bloqun ünvanı yazacağınız mövzu, fəaliyyət sahəsi ilə bağlı da ola bilər.
5. Domen adı seçərkən diqqət! Domen adı seçərkən simvolların sayına, həmçinin dilə yatımlılığına diqqət edin. Bloqun ünvanı nə qədər qısa olsa o qədər yaxşıdır, məsələn www.huseyn.com domeni boşdursa (ki, 99.9% boş deyil, kimsə artıq alıb) dərhal onu alın. Amma nəzər alın ki, domen adının qısa olması mütləq deyil. Yəni ağlınıza 5-6 simoldan ibarət bloq ünvanı gəlmirsə, özünüzü həlak etməyin, diləyatımlı, həmçinin yazacaqğınız mövzulara uyğun domendirsə seçim edin, bitsin. Domen adının boş olub-olmamasına Name.com, Register.com və s. müxtəlif saytlardan baxmaq olar. Yerli domenləri araşdırmaq istəyirsinizsə Online.az saytından istfadə edə bilərsiniz.
Yuxarıda deyilənləri oxudunuzsa və bloq açmağa hələ də qərarlısınızsa, o zaman sizə uğurlar! :) Unutmayın, bloq yazıları hər şeydən öncə insanın öz inkişaf üçün faydalıdır.