"ABŞ"ın ikinci böyük avtomobil istehsalçısı Ford Motor, maliyyə ilin 3-ci rübündə analitik gözləntilərindən artıq mənfəət əldə edib. Bu dövrdə şirkətin vergidən əvvəl mənfəəti 129 faiz artaraq rekord qırıb. 3-ci rübdə vergidən əvvəl mənfəət ötən ilin eyni dövrü ilə müqayisədə 1,5 milyard dollar artaraq 2,7 milyard dollar olub.



"Ford"un 3-cü rübdə xalis mənfəət isə 1,92 milyard dollar, bir səhmə isə 0,48 cent olub. Ötən ilin eyni dövründə bir səhmə düşən xalis məmfəət 0,27 cent səviyyəsində idi. "Ford Motor"un dövriyyəsi isə 34,9 milyard dollardan 38,1 milyard dollara yüksəlib. Analitiklər bir səhmə 0,46 dollar mənfəət və 35,07 milyard dollar dövriyyə gözləyirdilər.