Yaxından iştirak etdiyim "Yello Ad" kreativ agentliyinin Rayikon adlı layihəsinin səs salan uğuru digitalın sevimli "övladı" Viral haqqında yazmağa vadar etdi. Sadəcə "Yello Ad" rəsmi səhifəsində "Rayikon"la bağlı paylaşılan post 7500 insana çatmışdır (post reach). Ölkə səviyyəsində hər 6 azərbaycanlıdan biri "Rayikon"dan bəhs etmişdir. Reklamlardan olduqca az maliyyətli olduğundan daha çox üstün tutulan Viralın ana xammaddəsini video və şəkil kimi məzmun kontentlər təşkil edir. Bəs Viral olmağın bir üslubu varmı?
Təsirləndirci bir hekayə danışın: Bunu tez-tez eşitmiş ola bilərsiniz, mümkündür. Amma inanın ki, bir çox insanın özünü ssenarinin içərisində görəbiləcəyi hekayələr danışmaq viralın bünövrə daşlarından birini təşkil edir. Düşünü ki, qısa bir zamanda hər bir kəs öz şəhər və ya rayonunu müzakirə və ya müdafiyə etməyə, təkliflər verməyə, fərdi olaraq öz səhifələrində paylaşmağa başlamışdılar.
Bilinəni yaradın: Bəzən hər kəsin bildiyi, amma ifadə etmədiyi reallıqlar var, onu öz dəsti-xəttinizlə ifadə etməyə çalışın. İnsanlar həyatlarında səmimi detalları görmək istəyirlər. Bilavasitə istifadəçilərinizə onlara tanış olan bir ünsiyyət dilini qurun. Sənaye şəhəri olan Sumqayıt və ya Göyərçin simvollu eks-kimya şəhəri… Amma əksər insanın şüuraltısında Sumqayıtın yaratdığı imic tam fərqlidi. Bilmək istədikləri bax budur.
Reklam olunmağınız məqsədiniz olmamalıdır: İnsanlar reklam izlədiyi hissinə qapılan kimi ordan uzaqlaşırlar. Markanızı gözə soxmayın!
"Mən olsaydım paylaşardım? - deyə özünüzə sual verin. Cavabınız neqativsə əziyyət çəkməyin. Bir kontentin uzunmüddətli olması vacib deyil.
"Rayikon"ların sayı 20 idi. Daha çox olması onun daha az maraq yaratmasına səbəb ola bilərdi və ya insanlar artıq öz rayon və ya şəhərlərinin "rayikon"larının necə olacaqları barədə fikir bildirməkdən çəkinəcəkdilər.
Əyləncəli olun: İnsanlar ömürləri boyu əyləncənin arxası ilə qaçırlar. Sosial şəbəkələrin də təməlində əyləncə dayanır. Sadəcə bu belə kontentin virallaşmasına səbəb ola bilər. İdeyanın çıxış mənbəyi və ən çox müzakirəyə səbəb olan Kürdəmir rayonunun "Rayikon"u buna əla nümunədi. Ən bəsit olan ən çox əyləncə səbəbi oldu. Düzdü Kürdəmirli olsamda dözməli oldum. Qaz gələn yerdən toyuğu əsirgəməzlər (gərək bu nümunənin vegeterian qarşılığını tapım )
Videosuz da viral yaratmaq olur: "Rayikon" layihəsi bunu sübut edir məncə.
Layihənin maraqlı tərəflərindən biri də odur ki, internetin kəsildiyi gün bu ideya ərşəyə gəldi.
prosesdən bir hissə
Son olaraq reklama 100 minlər xərcləməkdənsə, Viral yaradın və 1000000′lar sizdən yana olsun…