Hərkəsə “salam” dostlar. Bu mənim ilk yazım olduğu üçün öncəliklə sizlərə özüm haqqında çox qısa məlumatlar verməyim və bu yazımda nələr ilə tanış olacağınızı yazaraq başlamanın daha doğru olacağını düşünürəm. Mən Nicat, sadəcə Nicat. Kim olduğumu tərif etmək üçünsə “sahib olduğu dünyasından daha böyük xəyalları və hədəfləri olan sadə bir Azərbaycan gənci” cümləsi yetərli olar deyə düşünürəm.



2013-dən bəri Türkiyədə Marmara universitetində təhsil alıram və hal-hazırda isə Belçikanın Hasselt universitetində təhsilimə davam edirəm. Haqqımda bu qədər bilməniz məncə yetərlidir Bu yazımda sizə niyə yazmağa başladığımı yazmağı düşünürəm. Nə yazacağım barədə kəsin bir fikrim olmasa da, bir neçə sual ətrafında yazmağa calışacağam. Bir neçə sətir sonra ortaya nəyin çıxacağı doğrusu mənədə maraqlıdır.



Niyə yazmağa başladım?



Dostlar, mən bizneslə əlaqəli təsil aldığım və marketinqlə maraqlandığım üçün bu sahələr haqqında natamam da olsa fikirlərimi bölüşməyin mənə faydalı olacağı qənaətindəyəm. Bu yazmaq işinə necə başlamaqla əlaqəli düşünəndə isə birşey haqqında yazmağa başlamanın ən yaxşı yolu, niyə onun haqqında yazmaq istədiyinizi yazaraqla başlamaq olacağının və ya sadəcə yazmaqla başlamaq olduğunun fərqinə vardım. Düşündüm ki, bu mənə maraqlarımın mənim üçün nə ifadə etiyini, onlara nə qədər önəm verdiyimi və onların mənim həyatımdakı əsl yerinin nə olduğunu tapmağımda çox böyük yardımı olacaq. Hər bir biznes tələbəsi kimi mənimdə bəzi mövzularla əlaqəli fikirlərim var. Ancaq sizdə təqdir edərsiniz ki, fikirlər tamamlanıb bir məna ortaya çıxarmadıqca cümləniz də olmayacaq. Mənimdə məqsədim fikirlərimi daha çox “insana” çatdırmaqla onların fikirlərimə reaksiyalarını görməkdir. Düşünə bilərsiniz ki, bu el dilində desək “feedback “ alma məsələsini ətrafındakı insanlara soruşaraq, onlarla fikir mübadiləsi edərək də həll edə bilərdin. İlla yazmana gərək yoxdur. Ancaq məsələ burasındadır ki, bu işi bir neçə mövzu ilə məhdudlaşdırılmış müzakirələrlə dırnaq arası “həll etmək” istəmədim. Bunun yerinə daha qalıcı bir çarə daha geniş bir məcra axtarışında idim və də nəticə olaraq buradayam.



Bu bir həvəsdirmi, yoxsa davamı gələcəkmi?



Bundan bir nəçə il öncə çox sevdiyim və dəyər verdiyim bir insan sürəki bir şəkildə mənə blog yazmanın önəmini və məni nə qədər inkişaf etdirəcəyini dəfələrlə söyləyir və bu haqda müzakirələrimiz olurdu. Hər bir müzakirə sonrasında məndə inanılmaz bir həvəs və eynən “hadilan başla şu işe, şu anda başla, hiç zaman kaymetmə” hisləri olurdu, amma gördüyünüz kimi mən bu işə indi başlayıram. Bu o demək deyil ki, qarşımdakı insan məni fikirlərinə inandıra bilməyib və ya verdiyi qaz yetəri olmayıb falan filan J Bu ona görədir ki, hər dəfə həvəsim olanda yuxarıda bəhs ettiyim hisslərlə yanaşı “bu sadəcə bir həvəsdir, həvəslər davamlı deyil, özümü boşa yormayım” hissləri də olurdu. Bunlarla yanaşı, həyatımın son dörd ilində hər günümü ingilis,türk və azərbaycan dili arasında get-gəl edərək keçirmişəm və bu məni “blog yazacaq qədər dilim yaxşı deyil” vəya “türkcə yazsam insanlar məni səhv başa düşər” deyə düşünməyə və nəticədə hər dəfəsində bu işi ertələməyə vadar edirdi.



Qaldı ki, həvəs məsələsinə, mənə görə bir işə başlamaq üçün ilk lazım olan o işi necə bitirəcəyinizi bilmək, qısacası sonunu düşünmək deyil. Girişimci ruhu bir işə başladıqda sonunu düşünərək deyil, sondakı uğura inanaraq başlamaqdır. Gerisində təbii ki, yalnızca inam sizə uğuru qırmızı sinidə sunmayacaq. Ayrıca əzmli, qərarlı və məsuliyyətli olmağınızda vacib və lazımdır. Məndə başlanğıc olaraq bunu etmək istədiyim üçün edirəm və həvəslə edirəm. Ayıca bildiyim bir şeydə var ki, “Bacarıq bir işə həvəslə başlamaqda deyil, o həvəsləri ehtirasa çevirə bilməkdir”. Yəni, mənim üçün önəmli olan bir işə başlayıb bitirməkdən ziyadə, o işə başlayıb davam etdirə bilmək, yarıda buraxmamaqdır. Bu da önəmli bir nöqtədir ki, ”yarımçıq qalan hər bir kitab, heç yazılmayan bir kitaba, yarımçıq qalan hər bir iş heç başlanmamış bir işə bərabərdir”.



Məncə ilk yazı üçün bu qədər kifayətdir. Başda da dediyim kimi, mənə bu yazının necə olacağı çox maraqlı idi və bu sonluğu yazmadan başa dönüb bir dəfə oxudum. Məncə heçdə pis alınmayıb... Nəysə dostlar, ilk yazımı oxuyaraq mənə dəstək olduğunuz üçün təşəkkür edirəm və şərhlərinizi səbirsizliklə gözləyirəm.



Yaxşı bir şəkildə ölməyə odaklanan toplumumuzdan fərqli olaraq, yaxşı bir şəkildə yaşamağınız ümidiylə gələcək yazılarda görüşərik...