Bu yazımda yerli brendlərin öz reklamlarında baş vermiş hadisələrə necə reaksiya verməyi haqqında danışmaq istəyirəm. Bəziləri olduqca maraqlı alınsa da, bəziləri əksinə mənfi reaksiyayla qarşılanmışdır. Çox təəssüf ki, qarşıma çıxmış reklam posterlərinin hamısını tapa bilmədim, amma sözlə də olsa ətraflı təsvir etməyə çalışacağam :). Reklamları hadisələr üzrə böləcəyəm.


1. Vur, komandir, vur!



1-ci yerə bu tipli yerli reklamlar arasından ən bəyəndiyim "Compass Pub"ın posteridir. Yəqin ki, məlumatınız var, amma yenə də qeyd edim. 2014-cü ilin noyabr ayında cəbhə xəttində erməni helikopterin vurulması videosundan məşhurlaşan "Vur, komandir, vur" sözlərindən reklamda istifadə olunub. "Vur, Komandir! Vur! onsuzda trezvı voditel var"






2. Şortik qadağası



Dahi siyasətçi Hafiz Hacıyevin şortik geyinən kişilərlə bağlı verdiyi şərhdən sonra bir neçə şirkət bu mövzuya da müraciət etmişdir. Ola bilər daha çox şirkət bu mövzuya müraciət edib, amma mənim qarşıma yalnız 2-si çıxıb. Nar şirkətinin "İnternetdə istədiyiniz kimi gəzin" şüarı ilə reklamı





"Kontakt Home" şirkəti isə hətta bu hadisədən kampaniya kimi də istifadə etmişdir. Amma kampaniyanın nə qədər effekt verdiyi haqda məlumatım yoxdur.






Devalvasiya və "qiymətləri dəyişmədik" mesajı



Deyərdim ki, ötən il bütün sektorlarda ən çox istifadə edilən mövzu bu olub. Amma daha çox avtomobil şirkətlərinin reklamlarında istifadə olunduğunu müşahidə etmişəm.







Çox təəssüf ki, "Maserati" şirkətinin də bu hadisəylə bağlı eyni mesajlı reklamı bu blog yazısı yazılmamışdan əvvəl facebook sosial şəbəkəsindəki səhifələrindən silinib. Səbəb isə insanların bu reklamı daha çox yumorla qarşılayaraq, "qiyməti artırmayıblar, təcili gedək Maserati alaq" tipli commentlər yazması olmuşdur.

Digər sahələrdən də bir neçə nümunə:
Amma çox təəssüf ki, aksiyalar elə 3-5 gün davam etdi.

4. Azadlıq prospektindəki bina yanğını
Bəzən neqativ xəbərlərdən də reklam kimi istifadə edirlər. Bu reklamlardan bəziləri "A-Group Insurance Company" kimi insanların qəzəbinə səbəb olduğuna görə tezliklə silinir. Amma bu dəfə "Maserati" reklamından fərqli olaraq yadda saxlamağı unutmamışdım.
Bəzənsə şirkət hadisəylə birbaşa əlaqəsi olmayan dolayı yollarla reklamında istifadə etməyə çalışır:
5. Bax, doyunca bax
Bir zaman internetdə sürətlə yayılan "bax, doyunca bax" videosu tam etik olmasa da, amma ondan da yumoristik formada öz reklamında istifadə edən oldu. Təəssüf ki, növbəti tapa bilmədiyim poster "Pakhlava" restoranının "bax, doyunca bax" mesajıyla pirojki reklamını verməsidir. Ümumilikdə real-time marketingdən düzgün və vaxtında istifadə olunması fikrimcə tanıtım üçün çox yaxşı bir alətdir. Amma təəssüflə qeyd etmək lazımdır ki, bizdə müştərilər daha çox "bax, doyunca bax" tipli mövzulardan xəbərdardır və dünyada çox məşhur mövzulardan peşəkarcasına istifadə olunsa belə əksəriyyət başa düşməyəcək.