"Siegel+Gale"ın hazırladığı araşdırmaya görə Amerika və İngiltərədəki istehlakçılar, xüsusilə Nike, Apple, Coca-ColaMcDonald’s loqolarını daha çox tanıyır. Hazırlanan hesabat, Amerika və İngiltərədə araşdırmaya qatılan 3.000 iştirakçının verdiyi məlumat ilə hazırlanmışdır. Hesabat, dünya sıralamasının ilk 100 sırasında olan markaların adlarının gizlədilərək iştirakçıların onu tanıyıb - tanımamaqları əsasına təqdim olunmuşdur.



İştirakçılar tanıdıqları şirkət adlarını hansı meyarlar istiqamətində xatırladıqlarını da vurğulamalı idi. Nəticədə hesabat daha ətraflı və əhatəli bir hala gətirilmişdir. Hesabata görə Nike iştirakçıların 16%-i tərəfindən tanınaraq siyahının ilk sırasında özünə yer tapmağı bacarmışdır. "Nike"ın müvəffəqiyyətini isə 15.6 %-lə Apple, 11.1 %-lə McDonald’s və 9.7 %-lə Coca-Cola təqib edir.





Hesabat daha ətraflı araşdırıldığı zaman Amerika və İngiltərə iştirakçıları arasında bəzi cavab fərqlilikləri diqqət çəkir. Ancaq bu fərqlərə baxmayaraq, siyahının ilk 4 sırasında iştirak edən markalar öz yerlərini güclü bir şəkildə tutmağı bacarıb.