01 mart 2016-cı ildə 8-ci Marketing AİR təlimləri başlayır. Səhv eşitmədiniz? Nə az-nə çox düz 8-ci dəfə olacaq ki, praktiki marketinq təlimləri davam edir. Sakit başla oturub düşünəndə adama qəribə gəlir, amma 3 ilə xeyli maraqlı hadisələri sığışdıra bildik. Marketing AİR praktiki marketinq təlimləri kimi 2012-ci ilin yayında 3 qara tərəfindən yaradılıb. İlk yaranan ərəfələrdə, hətta 3 qaranın sirri adlı bloq da yazmışdım. Heç tanış olmayanlar varsa, oxuya bilər.



Bu il 4-cü ilə keçir ki, biz il ərzində 2 dəfə, standart olaraq mart və oktyabr aylarında ardıcıl olaraq təlimləri keçiririk. Hər dəfə də 40-dan az iştirakçı olmur. Bugünə qədər 300-dən çox məzunla yəqin ki, ölkədəki top 3 real və praktik təlimlərdən biri ola bilmişik. Bu il ümumiyyətlə AİR üçün düşərli olub. AİR məzunları 2 gözəl forum edib, AİR təsisçilərinin hər birinin bir kitabı çıxıb. Və nəhayət Marketing AİR bu il rebrendinq edib. Bu haqda bir az sonra. İndi mən Sizə 8-ci "Marketing AİR"də Sizi nələr gözləyir, iştirak etsəniz nələr qazanarsınız, o haqda danışmaq istəyirəm:



Bu il hər birimiz 90% tam yeni mövzular işləmişik. Əsas istiqamətimiz böhran şəraitində marketinq strategiyaları, biznes həllər, brendinq taktikaları olacaq.



Ümumiyyətlə, 2 ay davam edəcək təlimdə 20 mövzu olacaq. Bunların 15-i Anar Bayramov, İlkin Manafov və bəndəniz tərəfindən, qalan 5-i qonaq spikerlər tərəfindən keçiriləcək. AİR tərəfindən keçiriləcək mövzuları aşağıda paylaşıram:



Strateji marketinq və strateji idarəetmə – Anar Bayramov



Strateji menecment. "Quş baxışında" biznes. Antiböhran strategiyası.


Effektiv marketinq strategiyası


Müasir biznes modellər


Böhran marketinqi. Kiçilən bazarlarda "sağ qalmaq" mücadiləsi


Şəxsi marketinq. Biznes karyerası.



Brend idarəetmə – İlkin Manafov



Biznesdən brendə gedən yol (Brendi necə yaratmaq olar?)


Brend identifikasiya və strateji brendinq


Brendinqdə 6-cı hissiyyat


Pərakəndə sektorunda brendinq


Sən biznesə hazırsan! (şəxsi biznes qurmaq üçün tövsiyələr)



Böhran dövrü marketinq kommunikasiyaları – Rafiq Vəliyev



Böhran dövründə kommunikasiya modelləri (Müştəri Marketinqi modeli və SHARE)


Digital və mobil marketinq 2016 trendi kimi


İşçi və müştəri məmnuniyyətinin böhran dövründə önəmi


Müştəri şikayətləri və müştəri psixologiyası


Böhran dövründə pəkraəndə ticarət, xidmət və istehsal sferasında marketinq strategiyaları.



Yuxarıda gördüyünüz kimi hamısı günümüzün tələblərinə uyğun və maksimum praktik istiqamətlərdir.



Təlim haqqında ətraflı məlumatı bu lindən ala bilərsiniz – Marketing AIR 8-ə qeydiyyat başladı



Qeydiyyat üçün isə bu linkdən istifadə edə bilərsiniz – http://marketingair.facemark.org/



Bu arada ayrıca Marketing AİR facebook səhifəsini də yaratdıq – https://www.facebook.com/Marketing-A%C4%B0R-145104572532436/



Qeydiyyat üçün xanalarda öz məlumatlarınızı doldurduqdan sonra Siz bizim qeydiyyatçılar bazasına düşürsünüz və bu haqda Sizə bildiriş gəlir. Daha sonra əməkdaşlarımız Sizinlə əlaqə saxlayaraq sonrakı bütün prosesləri Sizinlə telefon və maillə müzakirə edir, yarana biləcək suallarınızı operativ olaraq cavablandırırlar.



Bəs Siz Marketing AİR təlimlərinə qatılmaqla nə əldə edəcəksiniz?



İlk növbədə bugün heç yerdə belə rahatlıqla tapa bilməyəcəyiniz praktik məlumatları əldə edəcəksiniz. O məlumatlar nəzəriyyə əsaslıdır, amma nəzəriyyə ağırlıqlı deyil. Siz rahat şəkildə öz işinizə adaptasiya edib tətbiq edə bilərsiniz.



Marketinq haqqında Sizi qorxudan bütün stereotipləri sındıracağınıza söz veririk. Hər şey düşündüyünüz qədər çətin deyil. Marketinq qəliz deyil, o haqda qəliz danışanlar da marketoloq deyil. Gəlin, öz gözlərinizlə görəcəksiniz.



Bu təlimdə marketinqdən əlavə ümumən biznesi də rahat hiss edəcəksiniz, öyrənəcəksiniz.



Təlimlərdə qətiyyən yorulmayacaqsınız. Biz 2 saata bitiririk deyirik, amma bundan öncəki 7 AİR təlimində müəllimlər vaxtında bitirmək nəsib olmayıb (yaxşı mənada :)) Çünki təlimlər maksimum interaktiv keçir.



Təlim boyu 2 böyük və ən əsası hədiyyəli yarışmamız olacaq.



Siz təlim əsnasında əvvəlki AİR-lərdən olan dostlarla tanış olacaqsınız. Nəticədə community imkanlarınız genişlənəcək. Ümumiyyətlə deyərdim ki, AİR qədər bir-biri ilə daim sıx əlaqədə olan ikinci community yoxdur. Bugünün marketinqinin əvəzedilməz oyunçuları məhz onlardır. Harda ciddi aktivlik varsa, əmin olun ki, orda mütləq bir AİR məzunu var. Bu arada AİR məzunlarının hər biri müxətlif şirkətlərdə önəmli vəzifələrdə işləyirlər. İş müstəvisində əlaqələrinizin genişlənməsində AİR 1-dən 7-dək olan məzunlar Sizin üçün əsl göydən düşmə fürsətdir.



Biz artıq 4 il və 7 AİR-dən sonra əmin olduq və Sizi də əmin edirik ki, təlimlərdən sonra iş tapmanız rahatlaşacaq və bundan daha vacib özünüzə inamınız 101% artacaq. Buna söz veririk.



Marketinq AİR biznes proyekt deyil. Və Siz bütün yuxarıda yazılanları 2 ay üçün demək olar ki, pulsuz əldə edəcəksiniz.



Dünyada ən qiymətli nemətlərdən biri – zamandır. Zamanınızı almayacağımıza, əksinə zamanınızı kapitala çevirəcəyinizə əmin ola bilərsiniz. Əgər alternativləriniz varsa, heç düşünmədən ora gedin. Olmasa, biz həmişə öz yerimizdəyik – Dəmirçi Plazada. :) Və sonda sloqanımızı unutmadan paylaşım – Biz öyrətmirik, paylaşırıq.



Paylaşdıqca artan marketinq ab-havasına xoş gəldiniz.