"Facebook"un reklam panelində gəzişərkən Azərbaycanda Facebook istifadəçilərinin sayının 1.7 milyona çatdığı gördüm. Elə bunu görəndə infoqrafika hazırlamaq qərarına gəldim. Beləliklə, hazırkı göstəricilərə görə ölkədə 1.7 milyon insan bu sosial şəbəkədən istifadə edir. Onların 35%-i qadın, 65%-i kişidir. "Facebook"a telefonu ilə daxil olanların göstəricilərinə əsasən, hazırda 400 nəfər iPhone 6S Plus, 3 700 nəfər isə iPhone 6S işlədir.



Futbol azarkeşlərinin sayına baxdıqda, ölkəmizdə türk klublarından "Qalatasaray"ın (270 min) azarkeşləri daha çoxdur. "Fənərbaxça"nın 210 min, "Beşiktaş"ın isə 130 min azarkeşi var. Dünyanın ən güclü klublarından "Barselona"nın ölkəmizdə 370 min, "Real Madrid"in isə 290 min azarkeşi var. "Land of Fire" "Atletiko Madrid"in azarkeşləri isə 70 mindir.



Android əməliyyat sistemli cihazlardan "Facebook"a daxil olanların sayı 1 milyona çatır. iOS əməliyyat sistemli cihazlardan "Facebook"a daxil olanların sayı isə 290 mindir.