İlkin müəllimin Marketing AİR haqqında yazdığı bloqpostunu oxuduqdan sonra Marketing AİR 1 təlimlərinə necə müraciət etdiyim və təlim prosesini xatırladım. O vaxt təlimlərin anonsu veriləndə hərbi xidmətdə idim və tanışlardan belə bir təlimin keçiriləcəyini eşitmişdim və onlardna xahiş etdim ki, əvəzimdən təlimlərdə qeydiyyatdan keçsinlər və oktyabr ayının 2-si hərbi xidmətdən qayıdıb, ayın 5-6-ı təlimlərə qatıldım.
Bu qədər nostaljidən sonra qərara gəldim ki, mən də, məktəbini keçdiyim bu təlimlər haqqında bəzi yararlı (ümid edirəm) məlumatları sizinlə paylaşım. Beləliklə, Marketing AİR təlimlər mənim üçün getdiyim marketinq çığırında (karyera desəm böyük səslənər) dönüş nöqtəsi oldu. Beləliklə, bu bloqpostda Marketing AİR təlimlərinin sizə verəcəyi üstünlüklərdən yazacam, qısa desək niyə Siz bu təlimlərdə iştirak etməlisiniz:
Nəzəri və praktiki bilgilər - Marketing AİR təlimləri ölkədəki ilk praktiki marketinq təlimlərdir və bu dəfə artıq 8-cisi təşkil olunur. Təlimçilər təlimlərdə öz biznes təcrübələrindən öyrəndikləri (çoxumuzun yoxluğundan şikayət etdiyi "sırf yerli marketinq keysləri") praktiki və kitablardan oxuduqları nəzəri bilikləri Sizlərlə bölüşəcəklər. 8-cı təlim o deməkdir, ki Siz sizdən əvvəlki 7 təlimdə iştirak edənlərdən daha şanslısınız, təlimçilər, bütün bu 7 təlim ərzində etdikləri səhvləri görüb metodikalarında azıcıq dəyişikliklər ediblər və sizə anladacaqları keyslər, ən son baş verənlər olacaqdır.
İştirakçılarla networkinq - Biz bilirik ki, networking muasir biznes mühitində çox önəmli yer tutur. Bu gün böyük Amerikan və Avropa biznes məktəbləri öz tələbələrinin aralarında networkinq qurmalarına çox önəm verirlər və hətta Harvard Biznes məktəbi hər 5 ildən bir məzunlarını bir araya toplayıb onların öz aralarındakı komunikasiyanı gücəndirmələrinə yardım edir. Marketing AİR təlimləri və verilən ev tapşırıqları zamanı, qrupda olan digər iştirakçılarla yaxından tanış olacaqsınız və müxtəlif iş sfreasında çalışan insanlarla yaxından tanış olub, gələcəkdə əməkdaşlıq etmək şansı qazanacaqsınız. Mən həm Marketing AİR 1 həm də Marketing AIR++ təlimlərindən kifayət qədər dostlar tapmışam, hansı ki, iş və ya şəxsi məsələlərlə bağlı onların yardımını almışam.
AİR təlimçiləri ilə networkinq və ya dostluq münasibətləri - təlimçilər və ya iştirakçılar arasında özünüzü yaxşı tərəfdən tanıtsanız, gələcək karyeranızda bu əlaqələr sizə yardımçı olar bilər. Məsələn mən son iş yerimi AİR təlimçilərindən birinin referans verməsi ilə tapmışdım və sonradan, işlədiyim müddətdə digər 2 təlimçidən də işlə bağlı müəyyən təkliflər almışdım. Və bu yaxşı münasibətlər nəticəsində karyeranız zamanı, istənilən AİR təlimçisindən yardım istəsəniz canla-başla sizə profesional yardım edəcəklər.
P.S. Bonus olaraq son bir üstünlük daha: bu bloqun və bloqpostun yaranmasının səbəbi də məhz Marketing AİR təlimlərində iştirakımdır. Marketing AİR 1 təlimləri bitəndən sonra "AİR"çilər arasında bir bloqyazma hərəkatı yarandı, AİR iştirakçıları arasından kifayət qədər maraqlı mövzularda bloq post yazanlar meydana çıxdı, bəziləri uzun müddətli bu işi etdilər və indi də müntəzəm postlar yazmağa davam edir, bəziləri də mənim kimi, yarımçıq qoydular bloq post yazma hobbysini