Kontent yox, orjinal kontent kraldır!
Saytınıza daha çox orqanik trafikin gəlməsini istərdinizmi?
Cavabınız "Hə" olsa, bu yazını oxumağı tövsiyə edirəm. Yəqin ki, istərdiniz ki, yeni saytınız və ya bloqunuz Google, Bing və ya digər axtarış sistemlərində indekslənsin? (search etdiyimiz zaman çıxsın)?!
Bunun iki yolu var:
1. Tısbağa metdou: Arxanızı söykəyib təbii yolla çıxmasını gözləyirsiniz
2. Və ya bir az zaman sərf edirsiniz və olursunuz "happy". Bunun üçün faydalı kontent hazırlayıb yayımlamalı, sosial paylaşımları artırmalı, "conversion rate" (dönüşüm nisbəti) səviyyəsini yüksəltməlisiniz.
Sizcə axtarış sistemi necə işləyir?
Google üzərindən izzah etsəm, siz hər hansı bir kontent paylaşdığınız zaman Google "Spider"lərini (mən buna "Parabizən" deyəcəm) indeksləmək üçün göndərir. Onlar saytın hər səhifəsini araşdırır, onu kateqoriyalaşdırır və son olaraq öz axtarış bazasında qeyd edir. Parabizənlərin işi vebdə yeni şeyləri axtarmaqdır. Parabizən axtarıb tapdığı sayt və ya bloqun nə haqqında olduğunu ilk öncə müəyyən etməyə çalışır. Üç Parabizən növü var ki, bunlardan saytınıza ən gec gələn "DeepCrawl"dur. Ayda 1 dəfə gələr. Ən tez ziayrət edən isə "Adsense" parabizənidir ki, 15 dəqiqədən bir gələr. Bu, Google "Adsense" reklamları yayımlanan saytlara baş çəkir.
Bu linkə klik edərək aşağıdakı kimi saytınızın Google tərəfindən sonuncu dəfə nə vaxt "scan" (yoxnanıldığını) edidiyini müəyyən edə bilərsiniz.
Əvvəllər siz boş bir səhifəni belə asanlıqla indekslədə bilərdiniz. Çünki axtarış sistemi Parabizənləri indiki kimi ağıllı deyildilər.
Bugünlərdə Google üçün əhəmiyyətli olan istifadəçi təcrübəsini öyrənməkdir ( saytınıza nəsə almaq üçün və ya bir şey öyrənmək üçün gəlirlər və s.).
İndekslənmə parabizənlərin səhifə və ya saytda topladığı bütün datalar ilə olur. Bura həmçinin şəkillərin "alt taq" və "alt atribut"lar belə daxildir. Siz bir informasiya ilə bağlı axtarış etdiyiniz zaman Google alqoritması işə düşür, rankı yükəsk, açar sözlə əlaqəli sıralamanı sizə göstərir.
Yeni yayımladığınız saytın Google tərəfindən tapılıb-tapılmadığını asanlıqla müəyyən edə bilərsiniz. Bunun üçün "site:domain.com" şəklində saytınızı qeyd edib axtarış edə bilərsiniz.
Əgər sayt indekslənməmiş olsaydı nəticələr aşağıdakı kimi olacaqdı…
Neil Patelin ən çox vurğuladığı ifadə: "Saytınıza bloq əlavə edin". Bloq aktiv işləyən SEO maşınıdır. Bloq kontentləri statik səhifələrdən daha tez indekslədir.
və əlavə olaraq Hubspot bloquna əsasən deyə bilərəm ki, bloq vasitısi ilə daha çox:
97% inbound links
434% daha çox indekslənmiş səhifə qazanırsınız
E-kommersiya saytları üçün bloqun olması daha rahat və vacibdir. Yeni məhsul üçün bir səhifə yaradırsınız. Daha sonra bu məhsul haqqında bloq yazısı yazıb, həmin səhifəyə link verərək yayımlayırsınız. Nəticədə indekslənmə daha tez baş verir.
Ardı olacaq…