Mütəxəsislərin formalaşması üçün münbit şərait olmalıdır. Münbit şərait dedikdə yalnız təhsil və təcrübə sistmeni nəzərdə tutmuram. Bu mövzularda danışmağın həddən ziyadə populist yanaşma olduğunu düşünürəm. Daha doğrusu görünən kəndə bələdçi lazım deyil. Məncə daha vacib olan insanlarda öyrətmə və paylaşma həvəsini sönməyə macal verməməkdir. Biz insanlar yalnız öyrənəndə deyil, həm də paylaşanda güclü oluruq. "AİR"in sloqanı yəqin buna görə "We Share" idi.


İnternetdə aramsız marketing, reklam, pr kimi açar sözlərinin arasında qurdalanıb qalmışdım. İnformasiyanın bolluğu isə ölçülə bilinən deyil. Lakin məntiq hardan və nədən başlamaq üzərində qurulduqda nəticə verir. Əslində bilgi xaosunun özü də bir bilgisizlik yaradır. Xülasə, praktik həll yolu tapmaq lazım idi.



"AIR1"də maraqlı çox şey var idi. Mən bu sahənin təhsilini almış və bu sahədə çalışan insanlarla bir otaqda oturmuşdum. Bəziləri müxtəlif sahələrdə ixtisaslaşmışdılar. Bəziləri isə artıq ciddi lahiyyələrə imza atmşdılar. Mən isə dinləyirdim. Dinləyirdim, çünkü dinlənilməyə dəyərdilər. Zamanla haqlı çıxdığıma və belə yoldaşlar qazandığıma görə taleyimə minnətdaram.



Başqa maraqlı məqam isə təqdimat üçün gələn qonaqlar idi. Müxtəlif sahələrdən mən tərəfdən də olmasa da tanınmış mütəxəsislər öz uğurlu və uğursuz layihələri haqqında danışır və paylaşma edirdilər. Daha doğrusu uğurlu layihələr haqqında özləri danışsalar da uğursuz lahiyyələri haqqında danışmağa məcbur edilirdilər. Nəyi necə etməklə yanaşı, necə etməməyi də paylaşmaq lazımdır. Axı həyat nəzəriyyə deyil. AIR nəzəriyyə deyil, praktiki marketinq təlimidir.



Burda daha mühüm məqam məncə təşkilatçılardır: Anar, İlkin və Rafiq. Məncə hər işdə yanaşma tərzi vacibdir. Məqsədsiz layihənin olması, məntiqsiz və əbəs enerji sərfiyyatı deməkdir. İnsanlara fərdi yanaşmağı bacarmaq, onların inkişafına kömək etmək və ən əsası bunu davamlı etmək vacibdir. Məncə "AİR"in təşkilatlana bilməsinin əsasında bu dayanır. Hec təsadüfi deyil ki, marketinq sahəsində çalşan insanların toplantılarıda iştirakçıların əksər hissəsini AİR məzunları təşkil edir.



Marketinq mənim üçün insanların düşüncə gücünün reallığı ilə elmi hesablaşmadır. Başqaların deyə bilmərəm ancaq mənim üçün AİR marketinq abu-havası deməkdir. Marketinq AİR 8 iştirakçılarına uğurlar arzu edirəm.